Logo

Bakıda tarixi bina təmir olunacaq - 2,8 milyon ayrıldı

Bakıda tarixi bina təmir olunacaq - 2,8 milyon ayrıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) "Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi 4 ünvanında yerləşən 3 mərtəbəli tarixi yaşayış binasının əsaslı təmiri"nin satın alınması üzrə tender elan edib.

Sfera.az xəbər verir ki, tenderdə iştirak haqqı 1 000 manat təşkil edir.

Tenderin ehtimal olunan qiyməti 2,796 milyon manat təşkil edir.

Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 17 noyabr saat 18:00-dək (GMT+4) təqdim etməlidirlər. Tender zərflərinin açılışı da 17 noyabr saat 18:00-da (GMT+4) keçiriləcək./Trend

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR