Logo

Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ

Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qlobal əmtəə bazarlarında qızılın bir troya unsiyasının (31,1 qram) qiyməti 4 min dollardan aşağı düşüb.

Sfera.az xəbər verir ki, beynəlxalq maliyyə nəhənglərinin hesabatlarına əsasən, qızılın qiymətində kəskin bir çöküş gözlənilməsə də, bazarda mühüm korreksiyalar mümkündür.

İlk olaraq qarşıya çıxan ən güclü sədd 4 000 dollar psixoloji həddi idi. Artıq qızılın qiyməti bundan aşağı düşüb. Lakin qiymətin bir qədər də düşəcəyinə dair proqnozlar var.

Əgər ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcələrini uzun müddət yüksək saxlayarsa və dollar güclənməyə davam edərsə, daha dərin bir texniki geri çəkilmə ilə qiymətlərin 3 500 – 3 800 dollar diapazonuna qədər enməsi tamamilə real ssenaridir. Müstəsna geosiyasi sabitləşmə və qlobal inflyasiyanın tam nəzarətə alınması kimi ən ekstremal hallarda isə bazarın dib nöqtəsi olaraq 2 800 – 3 100 dollar aralığı proqnozlaşdırılır.

Qiymətləri aşağı çəkən əsas amillər sırasında ABŞ-nin sərt pul siyasəti ilə yanaşı, Çin və digər ölkələrin mərkəzi banklarının yüksək qiymətlər səbəbindən qızıl alışında taktiki fasilələr verməsi mühüm rol oynayır. Geosiyasi gərginliklərin zəifləməsi də investorları "təhlükəsiz sığınacaq" olan qızıldan uzaqlaşdıraraq riskli aktivlərə yönəldə bilər. Azərbaycan üçün qızılın hətta 3 500 dollar səviyyəsinə qədər ucuzlaşması ixrac gəlirlərinə müəyyən təzyiq yaratsa da, orta və uzunmüddətli dövrdə qızılın fundamental olaraq güclü qalacağı və yenidən yüksəliş trendinə qayıdacağı gözlənilir.

İradə

Sfera.az

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR