Azərbaycanda dollarla bağlı MÜHÜM MƏLUMAT - Artım var...

Bu il Azərbaycanda dollara tələbin əvvəlki dövrlərlə müqayisədə zəiflədiyi müşahidə olunub.
Valyuta bazarında dollar alışına olan tələbin azalması həm iqtisadi aktivlik, həm xarici ticarət göstəriciləri, həm də ölkəyə daxil olan valyuta həcmi baxımından diqqət çəkib. Həmçinin neftin qiymətinin əvvəlki yüksək səviyyələrdə olmaması fonunda Azərbaycanda valyuta bazarında dollara tələbin zəifləməsi də müzakirə olunur.
Neftin qiymətinin yüksək olması Azərbaycanda dollara tələbi zəiflədirmi?
Bu haqda iqtisadçı İlham Şaban Sfera.az-a açıqlama verib. O bunun əsas səbəbinin ölkənin xarici ticarət dövriyyəsində idxalın azalması olduğunu qeyd edib:

“Bunun nəticəsi olaraq da Milli Bankın təşkil etdiyi valyuta hərraclarında alış aşağı düşüb. Yəni Azərbaycan rəsmi statistikaya əsasən, 8 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 3,63 milyard dollar daha az idxal edib. Bu, kifayət qədər böyük məbləğdir. Eyni zamanda ixrac 21,815 milyard dollara yüksəlib və nəticədə xarici ticarət profisiti 10,392 milyard dollar olub”.
İqtisadçı bir sıra maraqlı məqamların olduğunu da vurğulayıb:
“Maraqlı detal budur ki, ərzaq idxalı azalmayıb, əksinə 9,8% artaraq 1,829 milyarda çatıb. Deməli, ümumi idxaldakı 3,63 milyard dollarlıq azalma əsasən digər mal qruplarının hesabına formalaşıb. Mərkəzi Bankın məlumatına əsaslanan açıqlamalara görə, 2026-cı ilin ilk 6 ayında valyuta hərraclarında cəmi 757 milyon dollar satılıb. 2025-ci ilin ilk 6 ayında isə bu göstərici təxminən 2,7 milyard dollar idi”.
Bəsti Rəfizadə
Sfera.az






