Böyük dövlətlər xarici borclanmanı artırır: Səbəb nədir?

Böyük dövlətlər xarici borclanmanı artırır: Səbəb nədir?
Kateqoriya məlum deyil
T

Qlobal dövlət borcu, əsasən, ABŞ və Çin-nin borcunun artması səbəbindən, əvvəllər proqnozlaşdırılandan iki il tez, 2029-cu ilə qədər qlobal ÜDM-in 100%-ni keçəcək. Diqqətçəkən əsas məqam böyük iqtisadiyyata sahib olan dövlətlərin xarici borcunun artmasıdır.

İqtisadçı Natiq Cəfərov Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ və Çinin xarici borcunun artmasının səbəbləri və strukturu bir-birindən fərqlənir.

Onun sözlərinə görə, ABŞ-də borcun artmasının əsas səbəblərindən biri ölkənin qiymətli kağızlarının investorlar tərəfindən geniş şəkildə alınmasıdır. ABŞ-nin borc kağızlarını həm ölkə daxilində, həm də dünyanın müxtəlif yerlərində fiziki şəxslər və böyük şirkətlər əldə edə bilirlər:

“Amerikanın xarici borcunun artması, düzdür, böyük və qlobal problemdir, amma hələ təhlükəli həddə deyil. Çünki ABŞ öz borc kağızları üzrə faiz ödənişlərini davam etdirir”.

İqtisadçı qeyd edib ki, Çində isə vəziyyət fərqlidir. Onun sözlərinə görə, ölkənin daxili istehlak hesabına böyümə modeli zəiflədiyi üçün xarici borclanmaya ehtiyac artır:

“Çində daxili istehlakı artırmaq hesabına böyümə modeli indi bir qədər zəifləyib. Ona görə də daha çox xarici borclanmaya getmək məcburiyyəti yaranıb. Bunun sürəti artarsa, gələcəkdə qlobal iqtisadiyyat üçün ciddi təhlükələri ola bilər”.

Onun fikrincə, istənilən ölkədə xarici borcun kəskin şəkildə artaraq ümumi daxili məhsulun 100 faizini keçməsi ciddi problem yarada bilər. İqtisadçı bu baxımdan Fransada da oxşar vəziyyətin müşahidə olunduğunu deyib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR