İrandan Asiyaya neft nəqli dayandı

ABŞ administrasiyasının Tehranı və onun ticarət tərəfdaşlarını təcrid etməyə yönəlmiş yeni sanksiya addımlarından əvvəl İranın Asiya bazarlarına neft axını demək olar ki, tamamilə dayanıb.
Sfera.az "Bloomberg"ə istinadən xəbər verir ki, təchizat böhranı səbəbindən əvvəllər endirimlə satılan İran xam neftinin qiyməti qlobal etalon göstəricilərindən təxminən 4 dollar yuxarı qalxıb.
İran neftinin əsas alıcıları olan Çinin müstəqil neft emalı zavodları bu səbəbdən ciddi xammal çatışmazlığı ilə üzləşiblər.
Bu vəziyyətin yaranmasında ABŞ-nin dəniz blokadasının tətbiq etməsi həlledici olub. Vaşinqtonun blokadası səbəbindən ağır yüklü İran tankerləri Fars körfəzində qalıb, boş tankerlər donanması isə körfəzin kənarında gözləmək məcburiyyətində qalıb.
"Kpler" məlumat analitika şirkətinin məlumatına görə, hazırda Asiya alıcıları üçün məşhur tranzit nöqtəsi olan Malay yarımadasının şərqindəki sularda cəmi 40 milyon barel neft var və bunun yalnız təxminən 4 milyon bareli (təxminən iki supertankerin tutumu) satılmamış qalıb.
Çinli analitiklər isə bildirirlər ki, bu vəziyyət düzəlməsə, müstəqil Çin neft emalı zavodları iyul ayında olduğu kimi ənənəvi neft növlərinə qayıdacaqlar və ya emal güclərini azaltmağa məcbur olacaqlar.
Vasif






