Azərbaycan nefti 5 dollardan çox ucuzlaşdı

Azərbaycan nefti 5 dollardan çox ucuzlaşdı
Kateqoriya məlum deyil
T

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,05 ABŞ dolları və ya 5,22 % azalaraq 91,68 ABŞ dolları təşkil edib.

Sfera.az xəbər verir ki, hərracların nəticələrinə görə, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,66 ABŞ dolları və ya 4,98 % azalaraq 88,88 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR