Logo

Zəngin iş adamlarına böyük zərbə – 28 milyard dollar itki

Zəngin iş adamlarına böyük zərbə – 28 milyard dollar itki
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın ən varlı iş adamlarının ümumi sərvəti 2026-cı ilin əvvəlindən oktyabrın sonunadək 28 milyard dollardan çox azalıb.

Sfera.az xəbər verir ki, ən böyük itki “Norilsk Nikel” şirkətinin əsas səhmdarı Vladimir Potanində qeydə alınıb. Onun sərvəti 8,1 milyard dollar azalıb.

İkinci yerdə “Onexim” investisiya fondunun təsisçisi Mixail Proxorov qərarlaşıb. O, 4,86 milyard dollar itirib. İlk üçlüyü sərvəti 3,8 milyard dollar azalan Mixail Fridman tamamlayır.

Sərvətində azalma qeydə alınan digər iş adamları arasında “Telegram”ın həmtəsisçisi Pavel Durov, “NLMK” şirkətinin direktorlar şurasının sədri Vladimir Lisin və “NOVATEK”in ortaq sahibi Leonid Mixelson da var.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR