İyulda Mərkəzi Bankın ehtiyatları kəskin artıb - RƏQƏMLƏR

Kateqoriya məlum deyil
T
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 2026-cı ilin iyulunda yenidən kəskin artıb.
Sfera.az AMB-yə istinadən xəbər verir ki, valyuta ehtiyatları 13 milyard 767,9 milyon ABŞ dolları təşkil edib.
Bu məbləğ bir ay əvvəlki məbləğlə müqayisədə 4,6 % çoxdur. Bir ay əvvəl AMB-nin 13,157 milyard dollar ehtiyatı var idi.
Müqayisə göstərir ki, iyulda AMB ehtiyatlarını 611 milyon dollar artırıb ki, bu da apreldəki artımdan sonra ən yüksək göstəricidir.
AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 19,6 %, son 1 ildə 23 % artıb.
Vasif






