Natiq Cəfərli: "Bu qərarla insanlar pulu kartda yox, üzərilərində daşıyacaqlar"

Natiq Cəfərli: "Bu qərarla insanlar pulu kartda yox, üzərilərində daşıyacaqlar"
Kateqoriya məlum deyil
T

Ölkədə kartdan-karta ("card-to-card") pul köçürmələrinə tətbiq olunan yeni məhdudiyyətlər müzakirələrə səbəb olub.

Sfera.az xəbər verir ki, bunu REAL Partiyasının sədri Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, indiyədək vətəndaşlar vəsaitlərini bank kartlarında saxlayaraq heç bir problem olmadan kartdan-karta köçürə bilirdilər.

Cəfərli hesab edir ki, bu sahədə tətbiq edilən hər bir məhdudiyyət alternativ davranış formalarının yaranmasına səbəb olur.

"Əgər hökumət düşünürsə ki, bu addım qeyri-leqal əməliyyatların və müəyyən mənada vergidən yayınma hallarının qarşısını alacaq, əslində əks nəticə verə bilər. İnsanlar bank kartlarında pul saxlamaq əvəzinə vəsaitlərini bankomatlardan nağdlaşdıraraq üzərilərində daşımağa üstünlük verəcəklər. Bu isə ölkədə nağdsız ödənişlərin inkişafına deyil, əksinə, əvvəlki vəziyyətə qayıdışa gətirib çıxara bilər", – o bildirib.

REAL Partiyasının sədri vurğulayıb ki, məhdudlaşdırıcı tədbirlərlə vergi intizamını və ya digər iqtisadi problemləri həll etmək mümkün deyil.

"Saça kəpək düşəndə başı kəsmirlər, səbəbini araşdırıb müalicə edirlər. Burada da əsas məsələ problemin kök səbəblərini aradan qaldırmaqdır", – Natiq Cəfərli əlavə edib.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR