Yelo Bank RFID layihəsi üzrə Texniki Tender elan edir

Yelo Bank RFID layihəsi üzrə Texniki Tender elan edir
Kateqoriya məlum deyil
T

“Yelo Bank” ASC "RFID əsaslı İnventarların Çiplənməsi və İdarəetmə Sistemi Layihəsi"nin satın alınması üzrə Texniki Tender elan edir.

Tender şərtləri:

• Bu mərhələdə yalnız texniki təkliflər qəbul olunur (maliyyə/qiymət təklifi tələb edilmir).

• Sifarişçinin tələblərinə cavab verən texniki təkliflər seçiləcək və həmin iştirakçılar növbəti Maliyyə Tenderinə dəvət ediləcəkdir.

İştirakçılara olan əsas tələblər:

• Müvafiq sahədə iş təcrübəsi, texniki, maliyyə və kadr imkanlarının olması;

• Vergi və icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması;

• Fəaliyyət üçün müvafiq lisenziya və ya icazələrin olması;

• Müflis elan olunmaması və əmlakı üzərində məhdudiyyətin tapılmaması

Texniki təkliflər 12 avqust 2026-cı il, saat 17:00-dək e-poçt vasitəsilə aşağıdakı kontaktlara təqdim edilməlidir:

Kimə: Turan Sadıqov ([email protected] | +994 55 206 13 49)

CC: Rəşad Şükürov ([email protected] | +994 55 670 00 27)

Tender haqqında daha ətraflı və dəvət məktubu üçün: https://ylb.az/4hMoafP. Həmçinin yaranmış suallar ilə bağlı Turan Sadıqov ([email protected] | +994 55 206 13 49) Rəşad Şükürov ([email protected] | +994 55 670 00 27) əlaqə saxlaya bilərsiniz.



Bank xidmətləri ilə, eləcə də depozit faizleri ilə bağlı əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR