Mərkəzi Bankın ofisləri satışa çıxarılır – QİYMƏTLƏR

Mərkəzi Bankın ofisləri satışa çıxarılır – QİYMƏTLƏR
Kateqoriya məlum deyil
T

Azərbaycan Mərkəzi Bankının balansında olan 38 daşınmaz əmlak 13 avqust 2026-cı il tarixində saat 10:00-da ikinci dəfə təkrar hərraca çıxarılacaq.

Sfera.az FED.az-a istinadən xəbər verir ki, Mərkəzi Bankın elanına görə, satışa əsasən Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən qeyri-yaşayış sahələri çıxarılır. Əmlakların böyük hissəsi Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında yerləşən “Amay” Ticarət Mərkəzindəki ofislərdən ibarətdir. Bundan əlavə, Nərimanov rayonu, Məmməd Araz küçəsi 76, Yasamal rayonu, Mirəli Seyidov küçəsi 20A və Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi 136P ünvanlarında yerləşən iri həcmli qeyri-yaşayış obyektləri də hərraca çıxarılacaq.

Hərraca çıxarılan əmlakların ilkin satış qiymətləri 60 min manatdan başlayaraq 40,37 milyon manata qədər dəyişir. Ən bahalı əmlak Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən, sahəsi 15 778,1 kvadratmetr olan qeyri-yaşayış sahəsidir. Bu obyektin ilkin satış qiyməti 40,37 milyon manat, hərracda iştirak üçün tələb olunan 5 faizlik beh isə 2,02 milyon manat təşkil edir.

Elana əsasən, hərracda iştirak etmək istəyən şəxslər tələb olunan sənədləri və beh ödənişini təsdiq edən sənədi hərracın başlanmasına ən geci 3 bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər. Əmlaklar ikinci dəfə təkrar hərraca çıxarıldığından, əvvəlki hərraclarda satılmayıb.

Hərraca çıxarılan daşınmaz əmlakların siyahısı (ünvan və qiymətlər)

  1. Xətai rayonu, 8 Noyabr prospekti 23, “Amay” TM, 7-ci mərtəbə, 2 saylı ofis – 261,4 kv.m – 227 850 manat

  2. Xətai rayonu, 8 Noyabr prospekti 23, “Amay” TM, 6-cı mərtəbə, 8 saylı ofis – 183 kv.m – 128 000 manat

  3. Xətai rayonu, 8 Noyabr prospekti 23, “Amay” TM, 2-ci mərtəbə, 10 saylı ofis – 69,8 kv.m – 91 000 manat

  4. Xətai rayonu, 8 Noyabr prospekti 23, “Amay” TM, 2-ci mərtəbə, 9 saylı ofis – 69,8 kv.m – 91 000 manat

  5. Xətai rayonu, 8 Noyabr prospekti 23, “Amay” TM, 2-ci mərtəbə, 11 saylı ofis – 80,8 kv.m – 105 000 manat

  6. Xətai rayonu, 8 Noyabr prospekti 23, “Amay” TM, 2-ci mərtəbə, 18 saylı ofis – 70,4 kv.m – 92 000 manat

  7. Xətai rayonu, 8 Noyabr prospekti 23, “Amay” TM, 6-cı mərtəbə, 27 saylı ofis – 101,1 kv.m – 77 000 manat

  8. Xətai rayonu, 8 Noyabr prospekti 23, “Amay” TM, 6-cı mərtəbə, 28 saylı ofis – 74,2 kv.m – 60 000 manat

  9. Xətai rayonu, 8 Noyabr prospekti 23, “Amay” TM, 6-cı mərtəbə, 29 saylı ofis – 74,2 kv.m – 60 000 manat

  10. Xətai rayonu, 8 Noyabr prospekti 23, “Amay” TM, 6-cı mərtəbə, 30 saylı ofis – 92,1 kv.m – 75 000 manat

  11. Xətai rayonu, 8 Noyabr prospekti 23, “Amay” TM, 6-cı mərtəbə, 32 saylı ofis – 88,4 kv.m – 72 000 manat

  12. Xətai rayonu, 8 Noyabr prospekti 23, “Amay” TM, 7-ci mərtəbə, 41 saylı ofis – 118,9 kv.m – 90 000 manat

  13. Xətai rayonu, 8 Noyabr prospekti 23, “Amay” TM, 7-ci mərtəbə, 42 saylı ofis – 229,7 kv.m – 175 000 manat

  14. Xətai rayonu, 8 Noyabr prospekti 23, “Amay” TM, 6-cı mərtəbə, 44 saylı ofis – 80,4 kv.m – 66 000 manat

  15. Xətai rayonu, 8 Noyabr prospekti 23, “Amay” TM, 6-cı mərtəbə, 45 saylı ofis – 79,1 kv.m – 64 000 manat

  16. Xətai rayonu, 8 Noyabr prospekti 23, “Amay” TM, 6-cı mərtəbə, 46 saylı ofis – 79,1 kv.m – 64 000 manat

  17. Xətai rayonu, 8 Noyabr prospekti 23, “Amay” TM, 6-cı mərtəbə, 47 saylı ofis – 80,4 kv.m – 66 000 manat

  18. Xətai rayonu, 8 Noyabr prospekti 23, “Amay” TM, 6-cı mərtəbə, 49 saylı ofis – 90,9 kv.m – 74 000 manat

  19. Xətai rayonu, 8 Noyabr prospekti 23, “Amay” TM, 6-cı mərtəbə, 50 saylı ofis – 90,9 kv.m – 74 000 manat

  20. Xətai rayonu, 8 Noyabr prospekti 23, “Amay” TM, 6-cı mərtəbə, 51 saylı ofis – 178 kv.m – 135 000 manat

  21. Xətai rayonu, 8 Noyabr prospekti 23, “Amay” TM, 7-ci mərtəbə, 54 saylı ofis – 74,2 kv.m – 60 000 manat

  22. Xətai rayonu, 8 Noyabr prospekti 23, “Amay” TM, 7-ci mərtəbə, 55 saylı ofis – 87 kv.m – 71 000 manat

  23. Xətai rayonu, 8 Noyabr prospekti 23, “Amay” TM, 7-ci mərtəbə, 57 saylı ofis – 114,6 kv.m – 240 660 manat

  24. Xətai rayonu, 8 Noyabr prospekti 23, “Amay” TM, 7-ci mərtəbə, 82 saylı ofis – 229,2 kv.m – 481 320 manat

  25. Xətai rayonu, 8 Noyabr prospekti 23, “Amay” TM, 4-cü mərtəbə, 81 saylı ofis – 291,4 kv.m – 219 000 manat

  26. Xətai rayonu, 8 Noyabr prospekti 23, “Amay” TM, 7-ci mərtəbə, 79 saylı ofis – 229,2 kv.m – 481 320 manat

  27. Xətai rayonu, 8 Noyabr prospekti 23, “Amay” TM, 6-cı mərtəbə, 83 saylı ofis – 148,8 kv.m – 342 240 manat

  28. Xətai rayonu, 8 Noyabr prospekti 23, “Amay” TM, 6-cı mərtəbə, 86 saylı ofis – 108,5 kv.m – 249 550 manat

  29. Xətai rayonu, 8 Noyabr prospekti 23, “Amay” TM, 6-cı mərtəbə, 85 saylı ofis – 108,5 kv.m – 249 550 manat

  30. Xətai rayonu, 8 Noyabr prospekti 23, “Amay” TM, 7-ci mərtəbə, 86 saylı ofis – 108,5 kv.m – 249 550 manat

  31. Xətai rayonu, 8 Noyabr prospekti 23, “Amay” TM, 6-cı mərtəbə, 87 saylı ofis – 127,2 kv.m – 292 560 manat

  32. Xətai rayonu, 8 Noyabr prospekti 23, “Amay” TM, 7-ci mərtəbə, 87 saylı ofis – 127,2 kv.m – 267 120 manat

  33. Xətai rayonu, 8 Noyabr prospekti 23, “Amay” TM, 6-cı mərtəbə, 91 saylı ofis – 70,8 kv.m – 162 840 manat

  34. Xətai rayonu, 8 Noyabr prospekti 23, “Amay” TM, 5-ci mərtəbə, 91 saylı ofis – 70,8 kv.m – 127 500 manat

  35. Xətai rayonu, 8 Noyabr prospekti 23, “Amay” TM, 5-ci mərtəbə, 95 saylı ofis – 135 kv.m – 243 000 manat

  36. Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi 76 – 9 619,5 kv.m – 16 400 000 manat

  37. Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi 20A – 1 750,8 kv.m – 5 236 000 manat

  38. Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi 136P – 15 778,1 kv.m – 40 373 172 manat

PAYLAŞ