"Paşa Kapital" İnvestisiya Şirkətində mühüm təyinat: Orxan Salayev Baş direktor təyin edildi

"Paşa Kapital" İnvestisiya Şirkətində mühüm təyinat: Orxan Salayev Baş direktor təyin edildi
Kateqoriya məlum deyil
T

"PAŞA Kapital" İnvestisiya Şirkətində mühüm təyinat olub.

Sfera.az “LinkedIn" paylaşımına istinadən xəbər verir ki, Orxan Salayev şirkətin Baş direktoru təyin edilib.

O, Biznesin İnkişafı, Strategiya və Kommersiya blokuna rəhbərlik edəcək.

Orxan Salayev buna qədər "Rabitəbank"da Marketinq Departamentinin direktoru vəzifəsində çalışıb. Bundan əlavə, o, "Azərbaycan Dəmir Yolları", Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyi, FINCA və Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib.

Qeyd edək ki, Orxan Salayev Çinin Elm və Texnologiya Universitetində (USTB) magistr təhsili alıb. Hazırda isə Çinin Beynəlxalq Biznes və İqtisadiyyat Universitetində (UIBE) doktorantura təhsili alır və elmi tədqiqatlarını davam etdirir.

PAYLAŞ