Mərkəzi Bankın valyuta ehtiyatları 13 milyardı ötüb

Kateqoriya məlum deyil
T
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 13 milyard dolları ötüb.
Sfera.az AMB-nin statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin iyulun 1-də ehtiyatların həcmi 13 milyard 157,6 milyon dollara yüksəlib.
Bir ay əvvəl AMB 12,712 milyard dollar ehtiyata sahib idi. İyun ayı ərzində AMB ehtiyatlarını 445,2 milyon dollar artıra bilib.
Vasif
Sfera.az
