Azərbaycanın qeyri-neft ixracı 2 dəfə artıb

Azərbaycanın qeyri-neft ixracı 2 dəfə artıb
Kateqoriya məlum deyil
T

“Son 6 ildə Azərbaycanın qeyri-neft ixracı 2 dəfə artıb”.

 

Sfera.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Gömrük Biznes Forumu 2025” adlı tədbirdə deyib.

 

O əlavə edib ki, 2021-24-cü illərdə Azərbaycanın qeyri-neft sektoru hər il orta hesabla 6,7% artıb və ümumi iqtisadiyyatda payı 68%-ə yüksəlib.

 

“Eyni zamanda, dövlət-özəl tərəfdaşlıq mexanizmləri və aparılan islahatlar nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81,4% səviyyəsindədir”, - Şahmar Mövsümov qeyd edib.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ