Dünyada turistlərin ən çox sevdiyi şəhərlər – ADLAR

Dünyada turistlərin ən çox sevdiyi şəhərlər – ADLAR
Kateqoriya məlum deyil
T

Bəzi şəhərlər sadəcə öz ölkələrində deyil, eləcə də bütün dünyada məşhurdur. Belə şəhərlərə hər il müxtəlif ölkələrdən milyonlarla turist gəlir. 


Sfera.az-ın araşdırmasına görə, turistlər üçün maraqlı olan şəhərlər əsasən Asiya və Avropa ölkələrində yerləşir.

 

Həmin şəhərlər bunlardır:

 

Banqkok, Tailand — 32,4 milyon ziyarətçi


Asiyanın ən canlı metropollarından olan Banqkok 2024-2025-ci illərdə dünyanın ən çox turist qəbul edən şəhəri olub. Şəhər münasib qiyməti, küçə yeməkləri, məbədləri və rəngarəng mədəni həyatı ilə beynəlxalq turistlərin əsas seçimi olaraq qalıb. Buna görə də məhz Tailand siyahıda birinci yeri tutub.


İstanbul, Türkiyə — 23 milyon ziyarətçi


Asiya ilə Avropanı birləşdirən İstanbul bu il də ən populyar şəhərlərdən biri olaraq qalıb. Tarixi abidələri, boğaz mənzərəsi, bazarları və dini-mədəni müxtəlifliyi şəhəri mütləq görülməli yerlər sırasında saxlayır.


London, Böyük Britaniya — 21,7 milyon ziyarətçi


Avropanın tarixi və mədəniyyət mərkəzi London muzeyləri, parlament binaları, kraliyyət sarayları və çoxmədəniyyətli həyatı ilə turist cəlb edən əsas istiqamətlərdən biri olaraq qalıb.


Honq Konq — 20,5 milyon ziyarətçi


Asiyanın modern biznes və turizm şəhəri Honq Konq göydələnləri, Viktoria Limanı, alış-veriş mərkəzləri və küçə bazarları ilə ilk beşlikdə yer alıb.


Məkkə, Səudiyyə Ərəbistanı — 19,3 milyon ziyarətçi


Müsəlmanlar üçün dünyanın ən müqəddəs şəhəri olan Məkkə hər il milyonlarla zəvvarın ziyarət etdiyi ən vacib dini turizm mərkəzlərindəndir.


Antalya, Türkiyə — 19,3 milyon ziyarətçi


Türkiyənin Aralıq dənizi sahillərindəki ən böyük turizm şəhəri olan Antalya yay turizminin əsas ünvanıdır. Dəniz, günəş, tarixi məkanlar və yüksək səviyyəli otellər şəhərə turist axınının davam etməsinə səbəb olub.


Dubay, BƏƏ — 18,2 milyon ziyarətçi


Dünyanın ən futuristik şəhərlərindən biri sayılan Dubay lüks alış-veriş mərkəzləri, göydələnləri, çimərlikləri və şouları ilə turist cəlb etməyə davam edir.


Makau, Çin — 18 milyon ziyarətçi


“Şərqin Las-Veqası” adlandırılan Makau kazino turizmi və portuqal koloniya irsi ilə fərqlənir. Buna görə də turistləri cəlb edən məkanlardan sayılır.


Paris, Fransa — 17,4 milyon ziyarətçi


“Sevgi şəhəri” Paris isə mədəniyyət, moda, incəsənət və qastronomiyanın dünya paytaxtı olmaqla yenə də beynəlxalq turist axınını özündə cəmləyib.


Kuala Lumpur, Malayziya — 16,1 milyon ziyarətçi


Cənub-Şərqi Asiyanın ən dinamik şəhərlərindən biri olan Kuala Lumpur Petronas qüllələri, mədəni müxtəlifliyi, alış-veriş imkanları və qonaqpərvərliyi ilə ilk onluqda yer alıb.


Ümumiyyətlə insanlar təhlükəsiz landşaftın və ya memarlığın gözəl olduğu yerlərə səyahət edir.


Dünyada insanların bu cür kriteriyalarını qarşılayacaq ölkələr çoxdur.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ