Logo

“Samsung"un yeni modeli daha incə olacaq - FOTO

"Samsung"un yeni modeli daha incə olacaq - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Samsung”un gələn il təqdim edəcəyi “Galaxy S26 Edge” modeli ilə bağlı yeni məlumatlar üzə çıxıb.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, əldə olunan məlumatlara vəsasən, şirkət bu dəfə daha incə dizayna üstünlük verəcək, lakin batareya tutumu gözləntiləri tam qarşılamaya bilər.

Yeni modelin qalınlığının 5.5 mm olacağı bildirilir ki, bu da digər modellərlə müqayisədə 0.3 mm daha incə deməkdir. Bununla yanaşı, cihazın batareyasında 3 900 mAh-dan 4 200 mAh-a qədər artım nəzərdə tutulur.

“Samsung”un bu strategiyası rəqibi “Apple”dan fərqli yanaşma ortaya qoyur. Belə ki, “Apple”ın “iPhone 17 Pro” modelində daha böyük batareya üçün qalın dizayna keçəcəyi deyilir. “Samsung” isə “Edge” seriyasında estetik görünüşü ön planda saxlayır.

Hər iki texnologiya nəhəngi batareya ömrünü artırmaq məqsədilə texniki dəyişikliklərdən çox süni intellekt əsaslı proqram təminatına güvənir.

Bəsti Rəfizadə
Sfera.az

"Samsung"un yeni modeli daha incə olacaq - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR