Türkiyə ən çox qazı bu ölkələrdən alıb – Siyahıda Azərbaycan da var

Türkiyə ən çox qazı bu ölkələrdən alıb – Siyahıda Azərbaycan da var
Kateqoriya məlum deyil
T

2024-cü ilin dekabr ayında Türkiyənin təbii qaz idxalı əvvəlki ilin eyni ayına nisbətən 21,5 faiz artaraq təxminən 7 milyard 364 milyon 170 min kubmetrə çatıb. Sfera.az xəbər verir ki, Türkiyə boru kəmərləri ilə 4 milyard 424 milyon 710 min kubmetr, mayeləşdirilmiş təbii qaz (LNG) şəklində isə 2 milyard 939 milyon 460 min kubmetr idxal həyata keçirib. 

 

Sfera.az xəbər verir ki, boru kəmərləri ilə dekabrda ən çox təbii qaz idxalı 2 milyard 835 milyon 170 min kubmetrlə Rusiyadan olub. Rusiyanı 1 milyard 37 milyon 370 min kubmetrlə Azərbaycan, 552 milyon 170 min kubmetrlə İran izləyib. 

 


Bu dövrdə Türkiyənin LNG idxalı ABŞ-dən 2 milyard 5 milyon 570 min kubmetr, Əlcəzairdən 346 min 880 kubmetr, Ekvatorial Qvineyadan 207 min 740 kubmetr, Rusiyadan 198 min 210 kubmetr, Norveçdən 94 milyon 740 min kubmetr olub. 

 


Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR