Logo

ABŞ-nin dövlət büdcəsində REKORD KƏSİR – RƏQƏMLƏR

ABŞ-nin dövlət büdcəsində REKORD KƏSİR – RƏQƏMLƏR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2024-cü ilin maliyyə ilində ABŞ-nin dövlət büdcəsində 1,833 trilyon dollar kəsir yaranıb.

Sfera.az xəbər verir ki, kəsirin məbləği COVID-19 pandemiyasından sonra qeydə alınan ən yüksək kəsir məbləğidir.

Əvvəlki maliyyə ilində büdcədəki kəsir 1,695 trilyon dollar idi. Bir il əvvələ nisbətən kəsirin 138 milyard dollar və ya 8% artması müşahidə edilib.

ABŞ-də maliyyə ili sentyabrın 30-da başa çatır. Rəsmi məlumatlara əsasən, 2024-cü ildə qeydə alınan kəsir ABŞ tarixində üçüncü ən böyük kəsirdir. Builki kəsirin məbləği yalnız 2020 və 2021-ci maliyyə illərində COVID-19 yardım tədbirlərinin təsiri nəticəsində yaranan (müvafiq olaraq 3,132 trilyon dollar və 2,772 trilyon dollar) kəsirlərdən azdır.

2024-cü maliyyə ilinin kəsirinə töhfə verən əsas amil federal borcun faizi idi. Bu il hökumətin büdcədən borca görə ödədiyi məbləğ 1,133 trilyon dollar olub. 
2024-cü maliyyə ili büdcə kəsiri ümumi daxili məhsulun 6,4%-ni təşkil edib. Bu göstərici əvvəlki ildə 6,2% olub.

Qeyd edək ki, ABŞ hökuməti dövlət büdcəsində yaranan kəsiri bağlamaq üçün hər il böyük məbləğdə borc cəlb edir. 2024-cü ildəki kəsiri bağlamaq məqsədilə hökumət daha bir nüçə yüz milyard dollar borc götürməlidir.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR