Neft bazarı yeni ildə profisit gözləyir - PROQNOZ

Neft bazarı yeni ildə profisit gözləyir - PROQNOZ
Kateqoriya məlum deyil
T

İsrailin İran hədəflərinə hücumu ilə bağlı qorxuların səngiməsi və Çindən tələbin zəifləməsi ilə neft qiymətləri kəskin ucuzlaşıb.
 

Sfera.az xəbər verir ki, bu barədə “Financial Times” Beynəlxalq Enerji Agentliyinin ( BEA ) proqnozuna istinadən yazıb.
 

Agentliyin məlumatına görə, Brent markalı neftin qiyməti erkən ticarətdə 5,3% ucuzlaşaraq bir barel üçün 73,34 dollar olub, sonra isə qismən bərpa olunaraq əvvəlki səviyyədən 4,9% aşağı düşüb. Amerikanın WTI markalı nefti 5,6% ucuzlaşıb.
 

“Çin neftinə tələbat gözləntilərdən aşağı düşməyə davam edir və ümumi artımı saxlayan əsas amildir”, - BEA ekspertləri bildirib.
 

Agentlik bu il neft tələbinin artımı ilə bağlı proqnozuna düzəlişlər edərək, onu gündəlik 40 min barel azaldaraq, gündəlik 860 min barrelə çatdırıb. 2025-ci il üçün artımın gündə təxminən 1 milyon barel olacağı proqnozlaşdırılır.
 

IEA, həmçinin OPEK üzvləri arasında mümkün tədarük pozuntularını azaltmaq üçün 1,2 milyard bareldən çox ehtiyatın və kifayət qədər ehtiyat tutumun olduğunu qeyd edib .
 

"Hazırda tədarüklər davam edir və ciddi pozuntular olmadığı halda, yeni ildə bazar əhəmiyyətli profisitlə üzləşəcək", - agentlik vurğulayıb.

İnci

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR