Azərbaycanda vergi ödəyicilərinin sayı 6 % ARTDI

Azərbaycanda vergi ödəyicilərinin sayı 6 % ARTDI

Bu il oktyabrın 1-nə Azərbaycanda 1 576 898 vergi ödəyicisi olub.

 

Sfera.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 5,9 % çoxdur.

 

Vergi ödəyicilərinin 87,1 %-i fiziki şəxslər, 12,9 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fiziki şəxslərin sayı 5,6 %, hüquqi şəxslərin sayı isə 7,3 % artıb.

 

İl ərzində qeydiyyatda olan kommersiya qurumlarının sayı 8 % artaraq 186 247 vahid təşkil edib.

Bu ilin yanvar-sentyabr aylarında ölkədə 10 194 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 89,3 %-i yerli investisiyalı, 10,7 %-i xarici investisiyalı müəssisələrdir. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 8 378-i (82,2 %-i) elektron qaydada, onların isə 1 557-si finkod+mobil üsulla, 6 794-ü "ASAN İmza", 27-si isə “SİMA” rəqəmsal imza vasitəsi ilə edilmiş müraciətlər əsasında qeydə alınıb.

Sentyabrın sonuna dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 1 il əvvələ nisbətən 15,4 % artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32,2 % təşkil edib. Həmin tarixə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,2 %-i məhdud məsuliyyətli cəmiyyət, 1,2 %-i səhmdar cəmiyyəti, 1,1 %-i kooperativ və s. formalarda yaradılıb.

Hesabat tarixinə dövlət qeydiyyatında olan aktiv kommersiya qurumlarının sayı əvvəlki ilik müvafiq dövrü ilə müqayisədə 10,7 % artıb.


OXŞAR XƏBƏRLƏR