Bu boğaz bağlanarsa, neftin qiyməti 350 dollara yüksələcək - PROQNOZ

Bu boğaz bağlanarsa, neftin qiyməti 350 dollara yüksələcək - PROQNOZ

İsrail və İran arasında qarşıdurmada gözlənilən ən pis ssenarilərdən biri də Hörmüz boğazından daşımaların dayanması və ya azalmasıdır. Hörmüz boğazı Oman və İran arasında yerləşir. Bu boğaz vasitəsilə Fars körfəzi Oman körfəzi və Ərəb dənizi ilə birləşir.

 

Sfera.az “Yahoo Finance”yə istinadən xəbər verir ki, bu boğazın blokadaya alması və ya blokadaya cəhd etmək neftin qiymətini asanlıqla 100 dollardan yuxarı qaldıracaq, hətta neft qiymətləri tarixində olmadığı qədər yüksək həddə çatacaq.

 

Dünyanın gündəlik neft istehlakının 21%-i Hörmüz boğazından keçən gəmilər vasitəsilə təmin edilir. Neftlə yanaşı, buradan böyük həcmdə LNG (maye qaz) daşınır. Gündə orta hesabla 21 milyon barel neftin keçdiyi Hörmüz boğazı haqlı olaraq dünyanın ən mühüm neft tranzit məntəqəsi adlandırılır. Bu, Yaxın Şərq neftinin Asiyaya əsas ixrac marşrutu və İranın özü də daxil olmaqla, regionun bütün əsas istehsalçıları üçün əsas ixrac arteriyasıdır.

 

ABŞ Enerji İnformasiya Administrasiyası (EİA) bildirir ki, ancaq Səudiyyə Ərəbistanı və BƏƏ-nin Hörmüz boğazından yan keçə bilən əməliyyat boru kəmərləri var. Hazırda neft bazarı Hörmüz boğazında tədarüklə bağlı şokların mümkünlüyünə inanmır. Bununla belə ən pis ssenarilər də nəzərdən keçirilir. İsveç bankı SEB-in baş əmtəə analitiki hesab edir ki, Hörmüz boğazı bir ay və ya daha çox müddətə bağlanarsa, “Brent” markalı neftin qiyməti 350 dollara qalxacaq və dünya iqtisadiyyatı çökəcək. Amma siyasi analitiklər əmindir ki, Hörmüz boğazı bağlanarsa, həm ABŞ, həm də Çin boğazı açmaq üçün hərəkətə keçəcəklər. Buna görə də siyasi analitiklər İranın belə bir addımı atacağına inanmırlar.

 

Vasif


OXŞAR XƏBƏRLƏR