Azərbaycan neftinin qiyməti 80 dolları ötdü

Azərbaycan neftinin qiyməti 80 dolları ötdü

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,36 ABŞ dolları, yaxud 1,73 % artaraq 80,38 ABŞ dolları təşkil edib.

 

Sfera.az bu barədə neft bazarındakı mənbəyə istinadən məlumat verib.

 

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 79,4 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 9 ayda orta illik inflyasiya 1,5 % olub - STATİSTİKA

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 101,5 %, o cümlədən qida məhsulları, iç...

Azərbaycanda bələdiyyələrin sayı yarıdan çox azaldılır

Azərbaycanda 1 400 bələdiyyə birləşdirilir və ümumi say 684-ə endirilir.   Sfera.az xəbər verir ki, bu barədə Milli Məclisin Regional məsələlər komit...

Azərbaycan yığması Estoniya ilə qarşılaşacaq -UEFA Millətlər Liqası

Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında səfərdə Estoniya millisi ilə üz-üzə gələcək.   Sfera.az xəbər verir ki, C Liqasının 1-ci qrupundak...

Tanınmış qiraətçi həkimləri İTTİHAM ETDİ: "Oğlumun gözləri məhv oldu"

“Həkimlərin məsuliyyətsizliyinə görə, oğlumun gözləri məhv oldu, hara aparsam da, çarə tapılmadı”.   Sfera.az xəbər verir ki, bu sözləri ...

Azərbaycanda qayınana gəlinini təmizlik işləri görmədiyinə görə DÖYDÜ

Masallı Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Mədinə Səmədovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. ...

Türkiyədə dəhşətli avtobus qəzası: 20-dən çox yaralı var

Türkiyənin Afyonkarahisar vilayətində avtobus qəzası baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi xəbər yayıb. ...