Bakıda "İnmerge" İnnovasiya Sammiti keçirilir

Bakıda "İnmerge" İnnovasiya Sammiti keçirilir

Bu gün Bakıda "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə "İnmerge" İnnovasiya Sammiti işə başlayıb.

 

Sfera.az xəbər verir ki, 2 gün davam edəcək sammitin əsas məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.

 

Artıq 4-cü ildir ki, təşkil olunan sammitin ilk gününün açılış mərasimində iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqamsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, "PAŞA Holdinq"İn baş icraçı direktoru Cəlal Qasımov, "Trendyol" Qrupunun baş icraçı direktoru Erdem İnan çıxış ediblər.

 

“Regionun böyük iqtisadi oyunçularından biri olaraq biz üzərimizdə məsuliyyət hiss edirik - ətrafdakılarımızın inkişafına töhfə vermək məsuliyyəti. İnnovasiya bizim üçün sadə bir məfhum deyil. Bizim üçün innovasiya inkişaf deməkdir, və innovasiya sammiti ilə biz regionda innovasiya ekosisteminin inkişafına töhfə verdiyimizə inanırıq” – C.Qasımov bildirib.

 

Tədbirin ilk günündə "Youtube" şirkətinin həmtəsisçisi Stiv Çen, Harvard Biznes Məktəbinin professoru Linda Hill və onarla biri birindən maraqlı spikerlər çıxış edəcək. Tədbirin ikinci günü "Sturbacks" şirkətinin həmtəsisçisi Zev Ziegl, "Amazon" şirkətinin baş texnologiya inzibatçısı Werner Vogels, "Waze" mobil tətbiqinin təsisçisi Uri Levinenin iştirakı nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR

Şimali Koreya Ukraynaya hərbçilər göndərib? - Peskov AÇIQLADI

Ötən gün Cənubi Koreyanın müdafiə naziri Kim Yonq Hyunun iddiaları dünya mediasında gündəm olub. O parlamentin iclasında çıxışı zamanı qeyd edib ki, Şimali Kore...

Çin ABŞ şirkətlərinə sanksiya TƏTBİQ ETDİ

Çin Tayvana hərbi yardıma görə ABŞ-nin üç müdafiə şirkəti (“Edge Autonomy Operations LLC”, “Huntington Ingalls Industries Inc.” və &ldqu...

Professor Aida İmanquliyevanın xatirəsi anıldı - FOTO

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi oktyabrın 10-da görkəmli şərqşünas, filologiya elmləri doktoru, professor Aida İmanqu...

14 rayonda istilik mövsümü bu tarixdə BAŞLAYACAQ - SİYAHI

Bakıda bu il istilik mövsümünün noyabr ayının 15-də başlanması nəzərdə tutulub.   Sfera.az xəbər verir ki, bunu Trend-ə "Azəristiliktəchizat&quo...

Azərbaycanın tarixi Zəfərinin MDB səviyyəsində təsdiqi - ŞƏRH

Beynəlxalq münasibətlər sistemində vacib aktorlardan biri kimi çıxış edən Azərbaycanın xarici siyasət kursu milli maraqlarımızı təmin etməklə yanaşı, həm də ölk...

Kross qaçışı üzrə payız çempionatı keçiriləcək

Kross qaçışı üzrə Azərbaycan payız çempionatı keçiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə Atletika Federasiyasının mətbuat xidməti məlumat yayı...