Azərbaycan at ixracını ARTIRIR - RƏQƏMLƏR

Azərbaycan at ixracını ARTIRIR - RƏQƏMLƏR

Son illərdə Azərbaycandan at ixracında artım müşahidə edilir.

 

Sfera.az xəbər verir ki, əvvəlki illərdə hər ay 70-100 baş at ixrac edilirdisə, bu il aylıq ixrac sayı 200-ü ötüb. Rəsmi dövlət statistikasına əsasən, bu ilin yanvar-iyul ayları ərzində 1 517 baş at ixrac edilib.

 

İxracın dəyərinə və coğrafiyasına diqqət yetirdikdə görürük ki, ölkəmizdən daha çox ətlik məqsədlərlə at idxal olunur. 2024-cü ilin ilk 7 ayında ixrac edilən atların dəyəri 301 min 790 dollar olub. Orta hesabla bir baş at 199 dollara (339 manat) satılıb. Ölkəmizdən ən çox atı Qazaxıstan alıb. Qazaxıstan atı ətlik məqsədilə idxal edir. Yeddi ayda Qazaxıstan Azərbaycandan 1 444 baş at alıb və buna görə 286 milyon dollar, yaxud hər ata görə 198 dollar (336 manat) ödəyib.

 

Azərbaycandan Türkiyə və Özbəkistan da at alıb. Türkiyə 42 ədəd (hər birinə orta hesabla 202 dollar), Özbəkistan 30 ədəd (hər birinə orta hesabla 200 dollar) at alıb.

 

Bir ədəd at isə Gürcüstana göndərilib və qonşu ölkə bunun üçün 1500 dollar xərcləyib.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...