Naxçıvanda keçirilən hərrac və müsabiqələrdə 107 əmlak satılıb

Naxçıvanda keçirilən hərrac və müsabiqələrdə 107 əmlak satılıb

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 107 əmlak, o cümlədən 54 torpaq sahəsi, 36 qeyri-yaşayış sahəsi, 5 kiçik dövlət müəssisəsi və 12 nəqliyyat vasitəsi üzrə hərrac və müsabiqələr keçirilib.

 

Sfera.az xəbər verir ki, bu barədə muxtar respublikanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən məlumat verilib.

 

Hesabat dövründə bələdiyyə torpaqlarının satışı (icarəsi) üzrə keçirilmiş hərrac və müsabiqələrdən mərkəzə daxil olan xidmət haqqı 2,5 dəfə artıb.

 

Bu ilin 9 ayı ərzində hərraclarda kiçik dövlət müəssisələrinin satışından 406,5 min manat, qeyri-yaşayış sahələrinin satışından 338,3 min manat, ümumilikdə 744,8 min manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dörü ilə müqayisədə 45,6 dəfə çoxdur.

 

Nəqliyyat vasitələrinin hərraclarında formalaşan yekun satış qiyməti ilkin satış qiyməti ilə müqayisədə 57 % artıb.

 

ay ərzində keçirilən hərrac və müsabiqələrdən muxtar respublika büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 dəfə artaraq 926,8 min manat, bələdiyyələrin hesabına daxilolmalar isə 60,5 faiz artaraq 226,4 min manat təşkil edib. Hərracların rəqabətli keçirilməsi nəticəsində heç bir daşınmaz əmlak obyekti ilkin satış qiymətindən aşağı satılmayıb.


OXŞAR XƏBƏRLƏR

İsrail iranlı deputatları TƏVİŞƏ SALDI: “Nüvə silahının hazırlanmasına...”

İranın 39 nəfərdən ibarət olan deputat qrupu milli müdafiə doktrinasına yenidən baxılması və nüvə silahının hazırlanmasına icazə verilməsi tələbi ilə İslam Resp...

NATO-nun baş katibi sabah Böyük Britaniyaya səfər edəcək

NATO-nun baş katibi Mark Rutte oktyabrın 10-da Böyük Britaniyaya səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının mətbu...

ABŞ “Google”ni bölməyi düşünür - Axtarış bazarında inhisarçılıq dərinləşir

ABŞ Ədliyyə Departamenti texnologiya nəhəngi “Google”nin bölünməsi üçün federal hakimə müraciət edib.   Sfera.az “Reuters” ag...

Abşeronda şəhidlərimizin ildönümləri yad edilib - FOTOLAR

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Abşeron şəhidlərinin bu günlərdə ildönümləri qeyd olunur.   Sfera.az xəbər verir ki, ildönümlərində Abş...

"ASAN İmza" sertifikatlarının sayı 59 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 462 851 "ASAN İmza" elektron imza sertifikatı verilib.   Bu barədə Sfera.az-a İqti...

İlham Əliyev Amina Mohammedi QƏBUL ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 9-da BMT Baş katibin birinci müavini Amina Mohammedi qəbul edib.   Sfera.az-ın xəbərinə görə, məlumatı P...