“Kərə yağı dəyərindən çox baha satılır” - Ekspert

“Kərə yağı dəyərindən çox baha satılır” - Ekspert

Azərbaycanda son 2 ayda kərə yağlarının pərakəndə satış qiymətində artım müşahidə edilib. Əvvəllər 18-19 manata satılan yağların qiyməti hazırda orta hesabla 20-21 manat ətrafında dəyişir.

 

Sfera.az xəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərli kərə yağlarının qiymətindəki artımın daha çox daxili amillərlə bağlı olduğu qənaətindədir. Onun hesablamalarına əsasən, kərə yağlarının pərakəndə qiyməti 15-16 manat ətrafında ola bilər:

 

“Bu ilin ilk 8 ayında (yanvar-avqust) ölkəyə 19 153,76 ton kərə yağı idxal olunub. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, idxal edilən kərə yağlarına görə ümumilikdə 103 milyon 312 min dollar ödənilib. Buradan görünür ki, idxalçılar kərə yağlarının bir kiloqramına orta hesabla 5,3 dollar, yəni 9 manat 10 qəpik ödəyiblər. Marketlərdə kərə yağının kilosu orta hesabla 20-21 manata satılır. Kərə yağı gətirən şirkətin ödədiyi vergini, daşınma xərclərini, gəlirini, satış nöqtələrinin gəlirini, bir sözlə, bütün xərcləri nəzərə alsaq, kərə yağının qiyməti 15-16 manatdan baha ola bilməz”.

 

N.Cəfərlinin fikrincə, Azərbaycana idxal edilən kərə yağının baha olmasının səbəbi rəqabətin olmamasıdır:

 

“Azərbaycana yağ gətirən şirkət sayı azdır, yerli istehsal isə yox dərəcəsindədir. Yerli məhsul adı ilə bazara çıxarılan kərə yağının tərkibi yerli deyil, xaricdən gətirilir, sadəcə burada qablaşdırılır və satışa çıxarılır. Hələ qablaşdırılan zaman onun tərkibi ilə yaxşıca “oynayırlar”, daha ucuz heyvan-bitki mənşəli yağlar qatırlar, maya dəyərini 20-30% aşağı çəkirlər ki, bu da gəlirlərini kəskin artırır”.

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR

Hərbçilərimiz Türkiyəyə yollandı - VİDEO

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azər...

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...

Bakıda bu məktəbdə “Son zəng” üçün pul yığılır? – RƏSMİ

Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdı...

Ceyhun Mirzəyevin yeganə qızıMoskva küçələrində

"Ögey ana", "Fəryad" kimi məşhur filmlərdə rol alan mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Moskvada küçədə yaşayır. &nbs...

Tərtərdə ağır qəza: Dörd nəfər xəsarət aldı

Tərtərdə baş vermiş yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.   Sfera.az xəbər verir ki, qəza rayonun Sarıcalı kəndi ərazisində qeydə alın...