Qırmızı Ürəklər Fondu hər kəsə sahibsiz heyvanlara dəstək olmaq imkanı yaradır

Qırmızı Ürəklər Fondu hər kəsə sahibsiz heyvanlara dəstək olmaq imkanı yaradır

Qırmızı Ürəklər Fondu öz missiyasına sadiq qalaraq sahibsiz heyvanların müdafiəsi istiqamətində layihə həyata keçirib və hər kəsi bu kimi təşəbbüslərdə iştirak etməyə dəvət edib. Belə ki, Fond hər il 4 oktyabr tarixində dünya miqyasında qeyd olunan Heyvanları Mühafizə Günü münasibətilə “Pəncəli Ürəklər” layihəsini həyata keçirib. Küçə heyvanlarının həyat şəraitini yaxşılaşdırmaq və insanlarda onlara qarşı mərhəmət hissini oyatmaq məqsədi daşıyan layihə “Bravo” supermarketlər şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində icra edilib. Belə ki, şəbəkənin bir neçə filialının qarşısında sahibsiz heyvanlar üçün su və yem qabları yerləşdirilib.

 

Bu təşəbbüs sayəsində hər bir vətəndaş su və yem qablarını dolduraraq küçə heyvanlarının gündəlik qida təlabatlarını ödəyə, onlara dəstək ola bilər. Bunla da Fond hər kəsə pəncəli dostlarımızın daha yaxşı bir həyat yaşamasına töhfə vermək imkanı yaradır.  

 

Qırmızı Ürəklər Fondu hər kəsi bu vacib aksiyada fəal iştirak etməyə, sahibsiz heyvanlara qarşı qayğı göstərməyə dəvət edir. Unutmaq olmaz ki,  heyvanlar bizə ehtiyac duyan sadiq dostlarımızdır və onların rifahını təmin etmək daha yaxşı bir gələcək üçün hamımızın üzərinə düşən məsuliyyətdir.

 

Layihəyə qoşulmaq imkanı bununla yekunlaşmır. Daha çox heyvana kömək etmək istəyənlər Birbank mobil tətbiqi vasitəsilə “Pəncəli Ürəklər” layihəsinə ianə edə bilər. Toplanan vəsaitlər sahibsiz heyvanların qida, müalicə və digər ehtiyaclarının qarşılanması üçün istifadə edilir.

 

İanə üçün: //t.ly/7Aqrg

 

Qeyd edək ki, “Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin  həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün //redhearts.az saytına daxil olmaq kifayətdir.


OXŞAR XƏBƏRLƏR

Bakı-Balakən qatarı nə vaxt işə düşəcək? - AÇIQLAMA

Hazırda Azərbaycan dəmir yolunun şimal-qərbdə son stansiyası Balakəndir. Bu stansiya ötən əsrin 80-ci illərinin əvvəllərində işə salınıb. Balakən Dəmiryol Stans...

Aİ Rusiyaya qarşı sanksiyaların müddətini bu tarixədək UZATDI

Aİ-nin Rusiyaya qarşı yeni sanksiyaları 9 oktyabr 2025-ci ilə qədər qüvvədə qalacaq.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda Aİ-nin...

"Liverpul"un qapıçısı noyabra qədər meydana çıxmayacaq - SƏBƏB

İngiltərənin "Liverpul" klubunun və Braziliya millisinin qapıçısı Alisson Beker yığmaların oyunlarına görə noyabrda yaranacaq növbəti fasiləyə qədər m...

Türkiyədə azərbaycanlı iş adamı güllələndi - VİDEO

Türkiyənin Bursa şəhərində azərbaycanlı iş adamı çayxanada güllələnib.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə bir neçə gün əvv...

Oktyabrın 9-u Ümumdünya Poçt Günüdür

Oktyabrın 9-u dünyada poçt sahəsi işçilərinin peşə bayramı - Ümumdünya Poçt Günü kimi qeyd olunur.   Sfera.az xəbər verir ki, Ümumdünya Poçt Günü Ümu...

Azərbaycan at ixracını ARTIRIR - RƏQƏMLƏR

Son illərdə Azərbaycandan at ixracında artım müşahidə edilir.   Sfera.az xəbər verir ki, əvvəlki illərdə hər ay 70-100 baş at ixrac edilirdisə, bu i...