Elektrik avtomobili almaq istəyənlər üçün vacib DƏYİŞİKLİK - Deputat AÇIQLADI

Elektrik avtomobili almaq istəyənlər üçün vacib DƏYİŞİKLİK - Deputat AÇIQLADI

Milli Məclisin plenar iclasında elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji doldurucularının idxalı və satışının daha 2 il müddətində ƏDV-dən azad olunması ilə bağlı qanun layihəsi birinci oxunuşda qəbul olunub.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

 

“Qeyd edim ki, bu güzəştlər gələn ilin yanvarın 1-də başa çatırdı. Yeni dəyişikliklərə əsasən, 2027-ci il yanvarın 1-dək enerji doldurucularının idxalı və satışının əlavə dəyər vergisindən azadolması nəzərdə tutulur”.

 

Deputat qeyd edib ki, yeni dəyişikliyin elektrik avtomobili sahibləri üçün vacib olan enerji doldurucularının sayının artmasına səbəb olacağı gözlənilir.

 

“Belə ki, hazırda elektrik avtomobillərinin sayının sürətlə artması enerji doldurucularına tələbi yüksəldib. Bu kontekstdən, yeni qaydalar sahibkarlar tərəfindən belə enerji doldurucularının idxalına və satışına marağı daha da artıracaq. Güzəştin əvvəlki illərdə də qüvvədə olmasına baxmayaraq, elektrik avtomobillərinə tələbin 2024-cü ildən sürətlə artması müşahidə olunur. Gözlənilir ki, güzəşt müddətinin uzadılması ölkəyə idxal edilən elektrik avtomobillərinin də sayını artıracaq. Bu isə avtomobil bazarının bu seqmetində canlanmaya səbəb ola bilər”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

ABŞ yeni raketləri SINAQDAN KEÇİRDİ - Daha uzağı vuracaq

ABŞ ordusu üçün iki uzaqmənzilli raket sınaqdan keçirilib.   Sfera.az bildirir ki, bu barədə Pentaqon məlumat yayıb. Qeyd olunub ki, xüsusilə &ldquo...

“SOCAR Türkiyə”nin gələn il üçün hədəfləri müzakirə edildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Türkiyə” şirkətinin gələn il üçün hədəfləri və nəzərdə tutulan layihələr müzakirə edi...

Göygöldə TIR sürücüsü olan Türkiyə vətəndaşı ÖLDÜ

Bakı-Qazax magistral yolunda Türkiyə vətəndaşı olan sürücü vəfat edib.   Sfera.az-ın məlumatına görə, Bakı-Qazax magistral yolunun Göygöl rayonu əraz...

Leyla Əliyeva Keniya Prezidenti ilə GÖRÜŞDÜ - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nayrobi şəhərində Keniya Prezidenti Uilyam Samoei Ruto ilə görüşüb.   Sfera.az xəbər verir...

Xalq artisti Ofeliya Sənani palataya köçürüldü

Xətai Tibb Mərkəzinin Reanimasiya şöbəsində müalicə alan Xalq artisti Ofeliya Sənani palataya köçürülüb.   Sfera.az xəbər verir ki, bu barədə AP...

Şirkətlər banklardan 1,8 milyard manatdan çox depoziti geri çəkdi - SƏBƏB

Son bir ayda Azərbaycanda şirkətlər banklardan 1,8 milyard manatdan çox depoziti geri çəkib.   Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Eld...