Mənzillər son 3 ildə daha çox BAHALAŞIB - MÜQAYİSƏ
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda 2011-2024-cü illər aralığında mənzillər təxminən 55 faiz bahalaşıb.
Sfera.az xəbər verir ki, mənzillərin dəyərində daha çox bahalaşma son 3 ildə qeydə alınıb.
2022-2024-cü illərdə mənzillərin qiyməti 24,3 faiz artıb. Son illərdə mənzillərin kəskin bahalaşması Rusiya-Ukrayna müharibəsi dövrünə təsadüf edir. Müharibədən əvvəlki dövrdə mənzillər çox aşağı sürətlə bahalaşdığı halda, məhz müharibənin baş verməsindən sonra kəskin şəkildə bahalaşıb. 2017-2021-ci illəri əhatə edən 5 il ərzində mənzillərin dəyəri hər il cəmi 1 faiz artıb.
Ümumilikdə, beş ildə mənzillərin dəyəri cəmi 5 faiz artıb. Amma 2022-ci ildə mənzillər 5 faiz, 2023-cü ildə 10 faiz, 2024-cü ildə isə daha 8 faiz bahalaşıb. Son 3 ildə mənzillərin bahalaşmasının əsas səbəbi Rusiyadan Azərbaycana böyük məbləğdə pul vəsaitinin daxil olmasıdır. Həmin vəsaitlərin önəmli hissəsi mənzil bazarına daxil olub və bu, qiymətlərdə kəskin artıma səbəb olub.
Vasif