BP strategiyasında dəyişiklik etdi - SƏBƏB
Dünyanın ən böyük neft-qaz şirkətlərindən olan BP şirkəti 2030-cu ilə qədər neft və qaz hasilatını azaltmaq hədəfindən imtina edib.
Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu haqda BP-nin baş direktoru Myurrey Okinkloss açıqlama verib.
Xatırladaq ki, BP 2020-ci ildə elan etdiyi strategiyaya əsasən neft və qaz hasilatını 2030-cu ilə qədər 40 faiz azaltmağı planlaşdırırdı. Şirkət qalıq enerjinin istehsalını azaltmaqla bərabər, bərpa olunan enerji resurslarını sürətlə artırmağı öhdəsinə götürmüşdü. BP hasilatı yenidən artırmaq üçün Yaxın Şərq və Meksika körfəzində investisiyalarını artıracaq.
Qeyd edək ki, BP-nin strateji planını elan etməsindən sonra səhmlərinin ucuzlaşması müşahidə edilirdi. Çünki investorlar hesab edirdilər ki, şirkət bu strategiya ilə mənfəətlə işləyə bilməyəcək, yaxud az gəlirə sahib olacaqlar.
Vasif