Şəkər tozu yenidən BAHALAŞIR - SƏBƏB

Şəkər tozu yenidən BAHALAŞIR - SƏBƏB

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına əsasən, sentyabrda dünyada şəkərin qiyməti aylıq müqayisədə 10,4 faiz artıb. Qiymətin kəskin yüksəlməsinin səbəbi dünyanın əsas şəkər istehsalçısı olan Braziliyada hava şəraitinin pisləşməsidir.

 

Sfera.az xəbər verir ki, şəkər aylıq müqayisədə bahalaşsa da illik müqayisədə xeyli ucuzlaşıb. Bu ilin sentyabrında şəkər ötən ilin eyni ayına nisbətən 22,7 faiz ucuzlaşıb.

 

Qeyd edək ki, şəkərin bahalaşması idxalçı ölkələrdə də qiymətlərə təsir edir. Azərbaycan şəkərə olan tələbatının 90 faizini idxal hesabına ödəyir. Son ayda dünyada şəkərin bahalaşması hələlik ölkəmizdə müşahidə edilmir.

 

Əgər sentyabrdakı artım növbəti aylarda da davam edərsə, o halda bahalaşma Azərbaycanda da qeydə alınacaq.

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR

Bank of Baku əmanət faizini 12%-dək yüksəltdi

Bank of Baku manat əmanətləri üzrə faiz dərəcələrini daha da artıraraq müştərilərə yüksək gəlir əldə etmək fürsəti yaradıb.   Belə ki, Bank AZN valyu...

Abşeron rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olundu - FOTOLAR

Abşeron rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Mil...

"Moskva Vaşinqtonla potensial hərbi qarşıdurmaya hazırdır" - Rusiya rəsmisi

“Rusiya ilə ABŞ arasında potensial hərbi qarşıdurma Vaşinqtonun gələcək addımlarından asılıdır”.   Sfera.az bildirir ki, bunu Rusiyanın x...

Ekosidə görə cinayət məsuliyyəti müəyyənləşir

Cinayət Məcəlləsinə "Ekosid" anlayışı əlavə edilir.   Sfera.az xəbər verir ki, bununla bağlı layihə Milli Məclisin Hüquq siyasəti və dövlət...

Məşhur müğənninin qızı VƏFAT ETDİ - FOTO

Məşhur müğənni, aktyor Mazhar Alansonun qızı vəfat edib.    Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 74 yaşlı sənətçinin qızı Eda m...

"Barselona"nın futbolçusu Niderland millisinə dəvət almadı

İspaniyanın "Barselona" klubunun futbolçusu Frenki de Yonq Niderland millisinə dəvət almayıb.   Sfera.az xəbər verir ki, yığmanın baş məşqç...