Kapital Bank-dan kredit götürən müştərilər həyat sığortası əldə edə biləcəklər

Kapital Bank-dan kredit götürən müştərilər həyat sığortası əldə edə biləcəklər

Ölkənin birinci bankı Kapital Bank kredit götürən müştərilərinə yeni “Kredit Həyat Sığortası” məhsulunu təklif edir. Dünyanın bir çox ölkələrində uğurla həyata keçirilən bu təcrübə istehlak krediti götürmüş şəxsləri ölüm və digər əlavə risklərə qarşı sığorta etmək məqsədi daşıyır. Belə ki, “Kredit Həyat Sığortası” kredit götürən şəxsin vəfat etməsi və ya xəstəlik, bədbəxt hadisə səbəbindən əlilliyin təyin olunması hallarında onun kredit borcunun sığorta şirkəti tərəfindən ödənilməsini hədəfləyir.  

 

Kapital Bank bu yeni xidməti ilə müştərilərin və onların ailələrinin maliyyə yükünü azaltmaqla yanaşı, gözlənilməz hadisələr qarşısında da onlara əlavə maliyyə dəstəyi təqdim edəcək. Bu xidmət eyni zamanda fərdi bankçılığın inkişafına da öz töhfəsini verəcək.

 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk , Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.

 


OXŞAR XƏBƏRLƏR

Bank of Baku əmanət faizini 12%-dək yüksəltdi

Bank of Baku manat əmanətləri üzrə faiz dərəcələrini daha da artıraraq müştərilərə yüksək gəlir əldə etmək fürsəti yaradıb.   Belə ki, Bank AZN valyu...

Abşeron rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olundu - FOTOLAR

Abşeron rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Mil...

"Moskva Vaşinqtonla potensial hərbi qarşıdurmaya hazırdır" - Rusiya rəsmisi

“Rusiya ilə ABŞ arasında potensial hərbi qarşıdurma Vaşinqtonun gələcək addımlarından asılıdır”.   Sfera.az bildirir ki, bunu Rusiyanın x...

Ekosidə görə cinayət məsuliyyəti müəyyənləşir

Cinayət Məcəlləsinə "Ekosid" anlayışı əlavə edilir.   Sfera.az xəbər verir ki, bununla bağlı layihə Milli Məclisin Hüquq siyasəti və dövlət...

Məşhur müğənninin qızı VƏFAT ETDİ - FOTO

Məşhur müğənni, aktyor Mazhar Alansonun qızı vəfat edib.    Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 74 yaşlı sənətçinin qızı Eda m...

"Barselona"nın futbolçusu Niderland millisinə dəvət almadı

İspaniyanın "Barselona" klubunun futbolçusu Frenki de Yonq Niderland millisinə dəvət almayıb.   Sfera.az xəbər verir ki, yığmanın baş məşqç...