Azərbaycanın satdığı qaz iki dəfə UCUZLAŞDI - Gəlirlərimiz xeyli azaldı

Azərbaycanın satdığı qaz iki dəfə UCUZLAŞDI - Gəlirlərimiz xeyli azaldı

2022-ci ildən sonra Azərbaycanın ixrac etdiyi təbii qazın qiymətinin 2 dəfə azalması Azərbaycanın qaz gəlirlərinə ciddi təsir edib.

 

Sfera.az xatırladır ki, 2022-ci ilin yanvar-avqust ayları ərzində satdığımız qazın qiyməti 685 dollar idi. Qiymət səviyyəsi 2023-cü ilin ilk 8 ayında 601 dollara, 2024-cü ilin eyni dövründə isə 345 dollara düşüb. Müqayisə göstərir ki, cəmi iki il ərzində Azərbaycanın ixrac etdiyi qazın qiyməti 340 dollar və ya 2 dəfə azalıb.

 

Azalma, xüsusən 2024-cü ildə güclü olub. Təbii qazın ixrac qiymətinin enməsi Azərbaycanın qaz satışından əldə etdiyi gəlirləri də xeyli azaldıb. 2022-ci ilin səkkiz ayında qaz ixracından gəlirimiz 10,32 milyard dollar olmuşdu. Amma 2024-cü ildə qaz satışından gəlirimiz 5,45 milyard dollara düşüb.

 

Müqayisə edilən son iki ildə gəlirlərdə 4,85 milyard dollar azalma var.

 

Qeyd edək ki, Azərbaycanın ixracında əmtəələr üzrə əsas gəlir mənbəyi neft və qazdır. Bu il həm neft, həm də qaz satışından gəlirlərin azalması ümumi ixracımızda ciddi azalmaya səbəb olub. 2022-ci ilin səkkiz ayında ümumi ixracımız 26,2 milyard dollar təşkil edirdisə, 2024-cü ildə 18,23 milyard dollara düşüb. İxracda 8 milyard dollar azalma baş verib ki, bunun da əsas səbəbi qaz və neft ixracının azalmasıdır.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

İçərişəhərə yalnız onlar maşınla daxil ola biləcək

“AYNA tərəfindən İçərişəhər və Əziz Əliyev küçəsi ilə bağlı mühüm dəyişikliklər təklif edilir”.   Sfera.az xəbər verir ki, bu barədə AYNA...

Oktyabrın 2-si Qeyri-Zorakılıq Günüdür

2 oktyabr Qeyri-Zorakılıq Günüdür.   Sfera.az bildirir ki, 2007-ci il iyunun 15-də BMT Baş Assambleyasının qəbul etdiyi qərarla 2 oktyabr tarixi Beyn...

"Bakıda nəhəng piyada zonası yaradılacaq" - Anar Rzayev

Bakıda Səməd Vurğun küçəsi ilə Filarmoniya bağını birləşdirəcək nəhəng piyada zonası yaradılacaq.    Sfera.az xəbər verir ki, bunu report-a ...

Bərdədə evi ildırım vurdu - FOTOLAR

Bərdədə yaşayış evinə ildırım düşüb.   Sfera.az Apa-ya istinadən xəbər verir ki, təbiət hadisəsi rayonun Darğalar kəndində qeydə alınıb. &nbs...

Açıq “Wi-Fi”dan istifadə edənlərə XƏBƏRDARLIQ - Pullarınız oğurlanır!

Türkiyədə aparılan araşdırma göstərib ki, ictimai yerlərdə parolsuz “Wi-Fi”lara qoşulmalar istifadəçilər üçün bəzi risklər yaradır.   ...

Tüpürcək və yanaq hüceyrələri testi ilə nə vaxt öləcəyinizi biləcəksiniz - YENİ KƏŞF

Alimlərin son kəşfi gündəm olub.   Sfera.az bildirir ki, yeni araşdırmaya görə, sadə bir tüpürcək testi ilə ölüm tarixi proqnozlaşdırıla bilər. Sözüg...