Valyuta ehtiyatlarımız 70 milyard dollara çatdı - RƏSMİ

Valyuta ehtiyatlarımız 70 milyard dollara çatdı - RƏSMİ

2024-cü ilin iyulun 1-nə olan məlumata əsasən, Azərbaycanın valyuta ehtiyatlarının həcmi 70 milyard dollara çatıb.

 

Sfera.az Mərkəzi Banka (AMB) istinadən bildirir ki, valyuta ehtiyatlarının 70 milyard dollara çatması həm Dövlət Neft Fondunun, həm də AMB-nin valyuta ehtiyatlarındakı artım hesabına baş verib.

 

AMB-nin valyuta ehtiyatları 2024-cü ilin I yarımili ərzində 1,1% (125 milyon dollar) artaraq 11,7 milyard dollara, Neft Fondunun ehtiyatları isə 3,4% (1,9 milyard dolları) artaraq 58 milyard dollara çatıb. İlin birinci yarısı ərzində bütövlükdə ölkənin valyuta ehtiyatları 3,1% (2,05 milyard dollar) artaraq 69,7 milyard dollara çatıb.

 

Bu məbləğ Azərbaycanın valyuta ehtiyatları tarixində maksimum məbləğdir.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR