Rusiyanın neft və qaz gəlirləri 14 faiz azalacaq - SƏBƏB

Rusiyanın neft və qaz gəlirləri 14 faiz azalacaq - SƏBƏB

Rusiya hökuməti neft və qaz gəlirlərinin növbəti üç il ərzində 14 faiz azalacağını proqnozlaşdırır.

 

Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, gəlirlərin azalmasına səbəb neft və qaz qiymətlərinin aşağı düşməsi, eləcə də “Qazprom” üçün daha yumşaq vergi rejimi tətbiq olunması ilə bağlıdır.

 

Neft və qaz gəlirləri Rusiya dövləti üçün əsas maliyyə mənbəyidir. Bu gəlirlər 2024-cü ildən 2027-ci ilə qədər 14% azalacaq. Gələn il Rusiya neft-qaz sənayesi dövlət xəzinəsinə 10,94 trilyon rubl və ya 118 milyard dollar vergi ödəməlidir. Bu, 2024-cü il üçün proqnozdan 3,3% azdır. Növbəti iki ildə illik gəlirlərin azalacağı və 2027-ci ildə 9,77 trilyon rubl (105 milyard dollar) təşkil edəcəyi gözlənilir.

 

Vergi gəlirləri proqnozlaşdırılan zaman neftin hazırkı qiyməti əsas götürülüb. Qərb ekspertlərinin fikrincə, Rusiyanın neft və qaz gəlirlərinin azalması onun hərbi xərclərinin dövlət büdcəsində payının artmasına səbəb olacaq.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...