Azərbaycanda ən çox reklam hansı sahələr üzrə verilir? - RƏQƏMLƏR

Azərbaycanda ən çox reklam hansı sahələr üzrə verilir? - RƏQƏMLƏR

Reklam bazarının həcminin artması reklam müqavilələrinin sayına da təsir edib.

 

Sfera.az xəbər verir ki, 2023-cü ildə reklam xidmətinin yerinə yetirilməsinə dair bağlanan müqavilələrin sayı 22 902 ədədə çatıb. 2018-ci illə müqayisə etdikdə məlum olur ki, reklam müqavilələrinin sayında son illərdə ciddi artım var.

 

Altı il əvvəl 8 858 ədəd reklam müqaviləsi bağlandığı halda, ötən il bağlanan müqavilələrin sayı 2,6 dəfə artıb. Son illərdə müqavilələrdə ən sürətli artım ərzaq mallarının reklamı ilə bağlı olub. Başqa sözlə, ərzaq sektorunda fəaliyyət göstərən müəssisələr reklamların sayını kəskin şəkildə artırıblar.

 

Ərzaq mallarının reklamı üzrə 2018-ci ildə 1 254 müqavilə bağlandığı halda, 2023-cü ildə 6 808 reklam bağlanıb. Ərzaq malları üzrə reklamların sayı 5,42 dəfə artıb.

 

Daha çox reklam verənlər isə xidmət sektorunda fəaliyyət göstərən müəssisələrdir. Son 6 ildə xidmət sektoru üzrə bağlanan müqavilələrin sayı 5 471-dən 11 741-ə yüksəlib.

 

Xidmət sektoru üzrə ən çox reklamı maliyyə qurumları verir. Onların sifariş etdiyi reklam sayı 2 dəfədən çox artaraq 733-ə yüksəlib. Bu dövrdə qeyri-ərzaq mallarının reklamı üzrə də ciddi artım var. Qısa müddətdə qeyri-ərzaq mallarının reklamı üzrə müqavilə sayı 2,34 dəfə artaraq 4 204 ədədə çatıb.

 

Son illərdə yalnız sosial reklamlarda azalma müşahidə edilir. Altı il ərzində sosial reklamların sayı 2,26 dəfə azalaraq 149-a düşüb.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...