Çin sahibkarları Ələt Azad İqtisadi Zonasına SƏFƏR ETDİ

Çin sahibkarları Ələt Azad İqtisadi Zonasına SƏFƏR ETDİ

Ümumçin Sənaye və Kommersiya Federasiyasının icraçı sədr müavini xanım Şen Yinin rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasına səfər edərək Zonanın Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri cənab Valeh Ələsgərovla görüşüb.

 

Sfera.az xəbər verir ki, görüş zamanı V. Ələsgərov ziyarətçilərə Zonada investorlar üçün yaradılmış əlverişli mühit haqqında geniş məlumat verib. Belə ki, o, Zonanın əlverişli coğrafi mövqeyi, unikal qanunvericilik bazası, həmçinin istifadəyə hazır ərazi-daxili və ərazi-xarici mühəndis və kommunikasiya sistemləri ilə təchiz edilmiş torpaq sahələri və investorlara təklif edilən maliyyə və qeyri-maliyyə imtiyazlar paketi haqqında qonaqları məlumatlandırıb.

 

Xanım Yin öz növbəsində Zonanın strateji coğrafi mövqeyi və qanunvericilik bazası, habelə düzgün qurulmuş infrastrukturu və doğru siyasətini vurğulayaraq, bu ərazinin investorlar, xüsusilə Çin investorları üçün cəlbedici olduğunu bildirib. O qeyd edib ki, Federasiya üzvlərinin əksər hissəsi yüksək texnologiyalara əsaslanan istehsal fəaliyyəti ilə məşğuldur və ümid edir ki, bu şirkətlər təqdim edilən əlverişli üstünlüklərdən yararlanaraq öz istehsal müəssisələrini Ələtdə yaradacaqlar.


OXŞAR XƏBƏRLƏR

Altı ay əvvəl dünyanın ən zəngini idi - İndi adı ilk üçlükdə də yoxdur

Fransız lüks geyim məhsulları istehsal edən LVMH-nin qurucusu və icraçı direktoru Bernard Arnaultun sərvəti sürətlə azalır.   Sfera.az “Bloomb...

Əhaliyə XƏBƏRDARLIQ: Bu yollarda...

Duman səbəbindən magistral avtomobil yollarında görünüş məhdudlaşacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. &nb...

Bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - Mütəxəssis xəbərdarlıq etdi

Son illər allergiyadan əziyyət çəkən insanların sayı artır. Yalnız böyüklər deyil, uşaqlar arasında da bu hallara çox rast gəlinir.  Allergiya qidalar vasi...

"Gələn ildən maaş və pensiyalar artacaq" - Prezident AÇIQLADI

“İqtisadi sahədə bu ilin göstəriciləri, hesab edirəm ki, müsbətdir. Səkkiz ayda iqtisadiyyat 4 faizdən çox artıb. Qeyri-neft sektorunda 7 faiz olub”...

Bu rayonlara dolu düşüb - FAKTİKİ HAVA

Sentyabrın 23-ü saat 13:00-a olan məlumata əsasən bəzi rayonlara yağış, dolu düşüb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlum...

“İl sonuna kimi xərclənilməsi nəzərdə tutulan vəsait 19 milyarddır” - Prezident

“Müharibədən sonra bu ilin sonuna qədər xərclənilməsi nəzərdə tutulan vəsait 19 milyard manatdır. Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə x...