Vətəndaşlar pullarını necə idarə etməlidirlər? - İqtisadçıdan MƏSLƏHƏT

Vətəndaşlar pullarını necə idarə etməlidirlər? - İqtisadçıdan MƏSLƏHƏT

Bəzi vətəndaşlar aldıqları əməkhaqqının həcmindən asılı olmayaraq, pulla necə davranmalı olduqlarını bilmirlər. Bu da normal olaraq onların ay sonuna doğru bir sıra maliyyə çətinlikləri ilə qarşı-qarşıya gəlmələrinə səbəb olur.

 

Vətəndaşlar pullarını necə idarə etməlidirlər?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Pərviz Heydərov deyib ki, ölkəmizdə vətəndaşların iqtisadi və maliyyə savadları, bu sahədə dünyagörüşləri qənaətbəxş deyil:

 

“Bunu neçə illər öncə ölkədə banklar tərəfindən istehlak kreditlərinin verilməsində heç bir məhdudiyyətlər olmadığı, daha dəqiq desəm, sözügedən kreditləşdirmə növü üzrə siyasətin necə gəldi həyata keçirildiyi dövrdə müvafiq vəziyyət də nümayiş etdirmişdi. Vətəndaşlarımızın bir hissəsi nə dünən, nə də bu gün "ayaqlarını yorğanlarına görə uzatmaq" vərdişinə uyğun yaşamırlar və bu istəkdə olduqlarını nümayiş etdirmirlər. Bu da daha çox savadsızlıqdan irəli gəlir. Odur ki, qeyd olunan hal ciddi problem xarakteri daşıyır. Bəli, o da vardır ki, ölkədə əhalinin böyük kəsiminin real gəlirləri xərclərini ödəmir və istər-istəməz müəyyən qrup vətəndaşlarımız məcbur qaldıqları üçün borclanmaya gedirlər. Yəni banklardan kredit götürürlər və sair. Çünki həmin qrup vətəndaşlar üçün yığım həyata keçirmək mümkün deyil, vacib məsələlərinin həlli üçün kreditləşməyə gedirlər. Başqa sözlə desəm, yastıq altına pul qoymaqları mümkün olmadığından vacib və gözlənilməz xərcləri üçün buna məcbur sayılırlar. Ancaq belələri lüzumsuz yerə borclananların sayından azdır”.

 

Ekspert bildirdi ki,  ölkədə hazırda orta illik nominal əməkhaqqı səviyyəsi 1000 manatdan yuxarı təşkil edir:

 

“Lakin ortaaylıq nominal əməkhaqqı göstəricisi çox şeyi ifadə etmir. Çünki burada söhbət vergi və bütün növ sosial ödənişlərlə birgə əməkhaqqı fondlarının cəmindən və onun mövcud işçi sayına bölünərək alınan göstəricidən gedir. Odur ki, hər şey real gəlirlərlə ölçülür. Ölkədə vətəndaşların real gəlirləri isə heç də hamıda yığıma və yaxud banklarda əmanət yerləşdirilməsinə imkan yaratmır. Sözügedən qrup vətəndaşların bir hissəsi isə xərclərini gəlirlərinə uyğun qurmurlar. Ona görə də belələri ayın sonuna müvafiq iqtisadi, maliyyə çətinlikləri ilə qarşılaşırlar. Bütün bu halların aradan qalxması üçün vətəndaşların iqtisadi cəhətdən savadlanmaları lazımdır. Bu o demək deyil ki, hər bir kəs iqtisadçı olmalıdır. Ancaq hər bir kəs ayın əvvəlindən gəlir və çıxarını bilməlidir, ailəlidirsə ailə büdcəsinə, əksinə olduqda isə, şəxsi büdcəsinə bələd olmalı və nəzarət etməlidir”.

 

Ekspert qeyd edib ki, aylıq gəlir yığıma imkan yaradırsa, bu, uzunmüddətli məqsədlər üçün nəzərdə tutularsa, xarici valyuta ilə saxlanmalı və yaxud banka əmanət olaraq yerləşdirməlidir:

 

“Yox əgər qısamüddətə sığortalanma niyyəti ilə planlanırsa, elə milli valyutada mühafizə edilməsi fərq etməz. Əsas odur, hər kəs çalışmalıdır ki, az da olsa yığıma vəsait ayıra bilsin. Üstəgəl, boş yerə kreditləşməyə gedilməsin. Bütün bunlardan ötrü xərcləməyə nəzarət olunmalı, artıq məsrəflərə bacardıqca yol verilməməlidir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Bank erotik modelə ipoteka verməkdən imtina edib - SƏBƏB

Keçmiş bank işçisi və indi böyüklər üçün "OnlyFans" resursunun ulduzu olan 34 yaşlı Laila Kelly (Leyla Kelli) hesabında altı rəqəmli depozit olmasına ...

Mənzillərə gizli girən adamın bunu niyə etdiyini belə açıqlayıb

Tokio polisi yerli medianın çılğın “cinlərin dublyoru” adlandırdığı 34 yaşlı Ryota Miyaharanı həbs edib. O, naməlum qadınların evlərinin açarlarının...

Okeanda gizli ada: Çox az adamın bildiyi bu heyrətamiz yer turistləri özünə cəlb edir

Portuqaliyanın muxtar bölgəsi olan Azor adaları turist kütləsindən uzaqda mənzərələrdən həzz almaq istəyən səyahətçilər üçün unikal bir məkandır. Atlantik Okean...

Ağ Evdə kabus: Mişel Obama boşanma şayiələri arasında evlilik problemləri haqqında danışıb

ABŞ-ın 44-cü prezidentiABŞ-ın 44-cü prezidentinin həyat yoldaşı Mişel Obama öz podkastında Ağ Evdə çətin günlər keçirdiyini və evliliklərində fikir ayrılıqların...

Quba səmasında naməlum obyekt -VİDEO

Quba bölgəsində çəkilmiş videoda səmada parlaq işıq saçan və hərəkət edən qeyri-adi bir obyekt müşahidə edilib.   Sfera.az xəbər verir ki, sosia...

Mağazadan alınan toyuğun içərisindən buz çıxdı – VİDEO

Vətəndaş mağazadan aldığı broyler toyuğunun içərisinin buzla doldurulduğunu bildirir.   O, bu barədə videonu "Xəzər Xəbər"in vatsap nömrəsi...