Rusiyadakı qiymət artımı Azərbaycana təsir edə bilərmi? - AÇIQLAMA
Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrindən idxal olunan kənd təsərrüfatı məhsullarına tətbiq olunan embarqonu 2026-cı il dekabrın 31-dək uzadıb. Bu siyahıya Ukrayna, ABŞ, Kanada, Aİ, Avstraliya, Norveç və digər Avropa ölkələri daxildir.
Bəs Rusiyada qiymət dəyişimi baş verə bilərmi? Belə olan halda, Azərbaycana necə təsir edəcək?
Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Rusiyada qiymət artımı baş verir:
“Bu səbəbdən daxili bazarda qiymət artmasın, bolluq olsun deyə embarqo tətbiq edilir. Lakin Rusiya iqtisadiyyatı sanksiyalardan çox asılıdır, ona görə də inflyasiya son illərdə yüksək – 2 rəqəmli həddlərdə olur”.
N.Cəfərlinin sözlərinə görə, Rusiyada qiymət dəyişiminin Azərbaycana təsirləri o qədər də olmayacaq:
“Azərbaycan Rusiyaya daxil deyil və münasibətlər normal olduğuna görə istənilən ərzaq məhsullarını alıb, gətirə bilir. Bu gün biz bazar və marketlərdə də Rusiyadan gələn ərzaq çeşidlərinin sayının xeyli artdığını görürük. Bu, Azərbaycan üçün kifayət qədər yaxşıdır. Yerli istehsalımız onsuz da azdır, Rusiyadan gələn məhsullar bazarda müəyyən balans yaradır, qiymətlərin daha kəskin artmamasına şərait yaradır”.
Firuzə Əliyeva