Manat bu tarixə qədər sabit qalacaq - RƏSMİ
İqtisadiyyat
12:23 / 18.09.2024
11981
İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunan makroiqtisadi proqnozlarda dollar/manat məzənnəsinə dair gözləntilər də öz əksini tapıb.
Sfera.az xəbər verir ki, nazirliyin proqnozuna əsasən, 2024-cü ildə olduğu kimi, 2025-2028-ci illər ərzində də manatın ABŞ dollarına qarşı məzənnəsi sabit qalacaq.
Bu proqnoza əsasən, Azərbaycanda dollar ən azı 2028-ci ilin sonuna kimi 1,7 manata dəyişdiriləcək.
Xatırladaq ki, ölkəmizdə 2017-ci ilin dekabrından indiyə qədər dolların məzənnəsi 1,7 manatdır.
Vasif