“Kontakt” texniki xidmətlərini rəsmi partnyor “Reset”ə etibar edir

“Kontakt” texniki xidmətlərini rəsmi partnyor “Reset”ə etibar edir

Ölkənin ən böyük elektronika mağazalar şəbəkəsindən biri olan “Kontakt” texniki xidmət sahəsində etibarlı bir tərəfdaş seçib.  Belə ki, şəbəkə müştərilərinin rahatlığını düşünərək “Reset” servis mərkəzi ilə birgə çalışır.

 

“Reset” “Samsung”, “LG”, “Bosch”, “Philips”, “Toshiba”, “Delonghi”, “Rowenta”, “Beko”, “Huawei”, “Oppo”, “AUX”, “Hoffmann”, “Tefal” kimi 30-dan çox dünya brendinin ölkəmizdəki rəsmi və səlahiyyətli servis mərkəzidir.  Burada brendlərin xüsusi təlimlərindən keçmiş və uğur sertifikatlı mütəxəssislər çalışdığından müştərilərin texniki problemləri ən tez və peşəkar şəkildə həll olur.

 

Müştərilərinin hərtərəfli rahatlığını düşünən “Reset” heç yerə gətmədən – birbaşa müştərilərin ünvanında da xidmət təklif edir. Xüsusilə, daşınması çətin olan avadanlıqlar üçün dəstək qrupu birbaşa ünvana yaxınlaşır. Hətta, avadanlığı daha peşəkar mühitdə baxışdan keçirmək lazım gəldikdə belə, sonra yenidən evə çatdıra bilir.  

 

Bundan əlavə, “Reset” rahatlıq səviyyəsini daha da artıraraq avadanlıqları servisdə olan müştərilərə gündəlik işlərini davam etdirə bilmələri üçün əvəzedici məhsullar da təklif edir. Beləliklə, həyatınızda hər şey qaldığı yerdən davam edir.

 

Qeyd edək ki, mərkəz hal-hazırda 2 fərqli ünvanda – olduqca rahat yerləşmədə müştərilərə xidmət göstərir:

 

  1. Bakı ş., Nizami r., Şirin Mirzəyev k. 61, Qara Qarayev m/st yaxınlığı;
  2. Bakı ş., Yasamal r., Həsən Bəy Zərdabi pr. 202A, 20 yanvar Melissa Park, Onkologiya xəstəxanası ilə üzbəüz;

 

Daha çox məlumat və ya texniki dəstək üçün *2212 Servis Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.


OXŞAR XƏBƏRLƏR