Azərbaycanda günəş enerjisinin istehsalı KƏSKİN ARTDI - ŞƏRH

Azərbaycanda günəş enerjisinin istehsalı KƏSKİN ARTDI - ŞƏRH

"Azərbaycanda günəş enerjisi istehsalı bu ilin yanvar-avqust aylarında 9 dəfə artaraq 424.5 milyon kVt.sta çatıb. Bütövlükdə isə yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə (1 531,1 mln. kVt•st) nisbətən 1 240,7 mln. kVt•st artaraq 2 771,8 mln. kVt•st təşkil edib".

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

 

“Qarabağ və Şərqi Zəngəzurda yaşıl zona formalaşdıran və eləcə də COP29-a ev sahibliyi edəcək Azərbaycanda bərpa olunan mənbələrdən enerji istehsalının artırılması regionda yaşıl enerji şəbəkəsinin genişlənməsinə dəstəkdir. Bu, ölkəmizin iqlim dəyişikliyi və ətraf mühitin qorunması, eləcə də yaşıl iqtisadiyyatın güclənməsi ilə bağlı qlobal və regional hədəflərə töhvəsidir. Əksər inkişaf etmiş ölkələrdə ev təsərrüfatları və eləcə də icmalar bərpa olunan enerji mənbələrdən, o cümlədən külək və günəş enerjisi istehsal edərək həm öz istehlaklarını ödəyirlər, həm də artıq hissəni dövlətə satırlar. Bu, ev təsərrüfatlarının enerji satışından gəlir əldə etməsinə də imkan yarada bilir”.

 

Deputat qeyd edib ki, oxşar praktikanın Azərbaycanda tətbiq olunması elektrik enerjisi istehsalını artırmaqla yanaşı, vətəndaşların daha ucuz enerji almasına gətirib çıxara bilər.

 

“Bu enerji istehsalı və satışına yeni yanaşmanın tətbiqinə imkan yaratmaqla yanaşı, enerji xəclərini azalda bilər. Bunun üçün icma əsaslı inteqrasiya olunmuş infrastrukturun formalaşdırılması da vacibdir. Qeyd edək ki, Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı 27000 Mvt dəyərləndirilir. Bunun 23000 Mvt-ı günəş, 3000 Mvt-I isə külək enerjisinin payına düşür. Günəş enerjisi üzrə demək olar ki, bütün ölkə ərazisində istehsalın təşkili mümkündür. Külək enerjisi üçün isə Bakı şəhəri, Abşeron və Xızı rayonları daha əlverişli hesab olunurlar”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Napoleonun son döyüş yeri: Arxeoloqlar şokedici faktlar aşkar etdilər - FOTOLAR

1815-ci ildə Vaterloo döyüşündə on minlərlə əsgər ölüb və ya ağır yaralanıb. Buna baxmayaraq, döyüş yerində az sayda insan qalıqları tapılıb. Sfera.az xəbə...

Məktəblilərdən Leyla Əliyevaya hədiyyə- VİDEO

Xəbər verdiyimiz kimi, sentyabrın 18-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Biləsuvar rayonunda yeni inşa edilən Bəydili kənd tam orta məktəbi...

BMT Təhlükəsizlik Şurasının iclasını çağıracaq - SƏBƏB

BMT Təhlükəsizlik Şurası Livanda peycerlərin partlaması ilə bağlı iclas keçirəcək.   Sfera.az bildirir ki, bu barədə TASS BMT Təhlükəsizlik Şurasındakı...

Bir vaxtlar traktor istehsal edən “Lamborghini” loqosunda gizli bürc əlaqəsi nədir?

Dünyaca məşhur İtalyan avtomobil markası “Lamborghini”nin loqotipindəki öküz fiquru təkcə brendin gücünü deyil, həm də onun yaradıcısı Ferruccio Lam...

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. &nb...

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...