Azərbaycanın avtomobil bazarı “hibridləşir” - Yeni mənzərə

Azərbaycanın avtomobil bazarı “hibridləşir” - Yeni mənzərə

Azərbaycanın avtomobil bazarında hibrid avtomobillərin sayı sürətlə artır.

 

Sfera.az xəbər verir ki, son beş ildə (2020-2024) idxal edilən hibrid avtomobil sayının bir neçə dəfə artması müşahidə edilib. Yüksək artım hesabına artıq idxal edilən hər 4 minik avtomobilindən biri hibriddir.

 

2020-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycana 3 050 ədəd hibrid avtomobil idxal edilmişdi. Həmin dövrdə bu, idxal edilən minik avtomobillərin 9,8 faizini təşkil edirdi. 2024-cü ilin yanvar-avqust aylarında isə hibrid avtomobillərin idxal sayı 13 500 ədədə çatıb və cəmi minik avtomobil idxalının 25,5 faizini formalaşdırıb.

 

Hibrid avtomobillərin idxal sayının artması hesabına Azərbaycanın avtomobil parkı da yenilənir. Çünki idxal edilən hibrid avtomobillərinin əksəriyyəti istehsal tarixi 10 ilə qədər olan avtomobillərdir.

 

Azərbaycanda hibrid avtomobil alışının artması bir neçə səbəblə bağlıdır.

 

Birinci səbəb dünyada hibrid avtomobil istehsalınn artmasıdır. İri şirkətlər hibrid modellərin istehsal sayını artırır və idxalçılar da məcbur olub hibrid avtomobillər idxal edirlər. Bu hal hibrid avtomobillərin idxalı ilə bağlı ümumi səbəbləri formalaşdırır. Digər ümumi səbəb hibrid avtomobillərin yanacaq xərclərinin aşağı olmasıdır. Hibrid modellər benzin və dizel modellərlə müqayisədə 25-30 faiz az yanacaq işlədir.

 

Azərbaycana hibrid avtomobil idxalının artmasının xüsusi səbəbləri də var.

 

Hibrid avtomobillərə tələbin artmasının xüsusi səbəbi onların idxalının ucuz başa gəlməsidir. Bu avtomobillərinin mühərrikinin həcmi kiçik olduğundan aksiz vergisi və ƏDV ödənişləri azalır.

 

Digər tərəfdən, yeni istehsal edilən hibrid avtomobillərin idxalına müəyyən güzəştlər də var. Buna görə də bu avtomobillərin idxal qiyməti benzin və dizel avtomobillərdən daha ucuz olur.

 

Sadalanan səbəblərlə əlaqədar olaraq son illərdə hibrid avtomobillərin idxalı sürətlə artır və böyük ehtimalla növbəti illərdə minik avtomobillərinin idxalının yarısını hibrid avtomobilləri təşkil edəcək.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...