Azərbaycanda əməkdaşların işdən çıxmasının ƏSAS SƏBƏBİ - RƏSMİ

Azərbaycanda əməkdaşların işdən çıxmasının ƏSAS SƏBƏBİ - RƏSMİ

Azərbaycanda işdən çıxan hər 100 nəfərdən 78-i öz xahişi ilə işdən ayrılır.

 

Sfera.az rəsmi statistik məlumatlara istinadən xəbər verir ki, öz xahişi ilə işdən çıxanların nisbətinin yüksək olduğu sahələr inzibati, ticarət və turizm sahələridir.

 

İnzibati idarəetmə sahəsində hər 100 işçinin 96-sı, ticarətdə 93-ü, turizm sektorunda 91-i öz xahişi ilə işdən ayrılır. Bu göstəricinin daha aşağı olduğu sahə isə kommunal xidmət müəssisələridir. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində işdən azad edilənlərin 53 faizi öz xahişi ilə, qalanı digər səbəblərdən işdən ayrılır.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR