Azərbaycanda iş yerini dəyişənlərin sayı sürətlə ARTIR - STATİSTİKA

Azərbaycanda iş yerini dəyişənlərin sayı sürətlə ARTIR - STATİSTİKA

2023-cü ildə Azərbaycanda 462 min 639 nəfər işdən çıxıb. Ötən il 458 min 128 nəfər isə işə qəbul olunub.

 

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il işçilərin hərəkətində yüksək aktivlik müşahidə olunub.

 

Bir il əvvəlki tarixlə müqayisədə həm işdən çıxanların, həm də işə düzələnlərin sayında ciddi artım baş verib.

 

Xatırladaq ki, 2022-ci ildə 386 min 201 nəfər işdən çıxdığı halda, 416 min 624 nəfər işə qəbul edilmişdi. Bununla belə qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq 2023-cü ildə işdən çıxanların sayı, işə düzələnlərin sayından çox olub. Onu da əlavə edək ki, işdən çıxan şəxslərin statistikasına iş yerini dəyişənlər və işsiz qalan şəxslər daxildir.

 

Statistikadan görünür ki, işdən çıxanların böyük əksəriyyəti yeni işə qəbul olunub. Amma 4 511 nəfər də işsiz qalıb.

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR