Rusiyadan Azərbaycana pul köçürmələri KƏSKİN AZALDI - RƏQƏMLƏR

Rusiyadan Azərbaycana pul köçürmələri KƏSKİN AZALDI - RƏQƏMLƏR

2024-cü ildə fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana pul köçürmələrində kəskin azalma müşahidə edilir.

 

Sfera.az xəbər verir ki, fiziki şəxslər 2023-cü ilin birinci yarısında 608 milyon dollar dəyərində pulu Azərbaycana köçürdüyü halda, bu ilin birinci yarısında köçürülən pulun məbləği 287 milyon dollara düşüb.

 

İllik müqayisədə bu il köçürülən pulun məbləğində 321 milyon dollar və ya 2,11 dəfə azalma var.

 

Qeyd edək ki, Rusiyadan köçürmələrdə kəskin azalma 2022 və 2023-cü illərdəki böyük məbləğdəki köçürmələrdən sonra baş verir. 2021-ci illə müqayisə etdikdə isə görürük ki, köçürmələr nəinki azalmayıb, əksinə bir qədər artıb. Belə ki, 2021-ci ilin birinci yarısında 261 milyon dollar köçürülmüşdü və cari ildəki göstərici ilə müqayisədə 26 milyon dollar az idi.

 

2024-cü ildəki dəyişiklik onu göstərir ki, Rusiyadan Azərbaycan pul köçürmələri müharibədən əvvəlki səviyyəyə qayıdıb.

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR

Konsertdə evli müdirini öpən qadın işini itirdi - FOTOLAR

“Astronomer” texnologiya şirkətinin HR direktoru Kristin Kabot “Coldplay” konsertində evli müdiri Endi Bayron ilə cinayət başında yaxala...

AKP-nin deputatı qətlə yetirildi

AKP-nin Balıkəsirdən olan millət vəkili Mehmet Anıl Yüksel qətlə yetirilib.   Sfera.az xəbər verir ki, deputat silahlı hücuma məruz qalıb.   ...

Polis adi diş pastasına görə yollardan birini bağladı - FOTOLAR

Amerikanın Aşeboro şəhərində polis bir sıra qəzaların baş verdiyi yollardan birini bağlayıb. Hüquq-mühafizə orqanlarının dediyinə görə, ehtimal olunan səbəb nam...

Sosial şəbəkədə varlı görünmək istəyi gənc oğlana baha başa gəldi

Londonun mərkəzində bərbəri milyarderlə səhv salıb qaçırıblar. Belə ki, quldurlar 21 yaşlı belçikalı bərbərin zəngin kriptovalyuta alverçisi olduğunu düşünərək ...

Goranboyda meşəyə ildırım düşdü, yanğın başladı

Goranboy rayonunda meşəlik əraziyə ildırım düşüb və daha sonra ərazidə yanğın başlayıb.   Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə yerinə F...

Bankların və BOKT-ların istehlak kreditləri üzrə orta faiz dərəcələri AÇIQLANDI

2025-ci il iyun ayının sonuna banklar tərəfindən kredit kartı vasitəsilə verilən istehlak kreditlərinin orta faiz dərəcəsi ötən ilin eyni dövü ilə müqayisədə 2 ...