Kapital Bank-ın 150 illiyinə özəl keçirilən lotereyanın ikinci tirajı yekunlaşdı

Kapital Bank-ın 150 illiyinə özəl keçirilən lotereyanın ikinci tirajı yekunlaşdı

Kapital Bank-ın 150 illik yubileyi münasibətilə Birbank taksit kartı sahibləri üçün  keçirilən lotereyanın 2-ci tirajı 10 sentyabr 2024-cü il tarixində yekunlaşıb. 1-31 avqust 2024-cü il tarixlərində edilən əməliyyatları əhatə edən tirajda 3333 nəfər qalib seçilib. Onlardan 2300 nəfər 5 AZN, 1000 nəfər 10 AZN dəyərində keşbek, 20 nəfər 100 AZN, 10 nəfər 500 AZN, 2 nəfər 1000 AZN, 1 nəfər isə 10 000 AZN pul mükafatı qazanıb.

 

Lotereya qaliblərinin siyahısı: //kbl.az/150tiraj2

 

Xatırladaq ki, lotereyanın əsas uduş məbləği 150 000 manatdır. 30 sentyabr 2024-cü il tarixinədək keçiriləcək lotereyada Birbank taksit kartı sahibləri minlərlə pul mükafatı və keşbeklər qazanırlar. Lotereyanın final tirajı 15 oktyabr 2024-cü il tarixində keçiriləcək.

 

Lotereyanın şərtlərinə əsasən Birbank taksit kartları ilə edilən hər 50 AZN və üzəri nağdlaşdırma, birdəfəlik ödəniş (POS-terminal, onlayn ödənişlər) və köçürmə əməliyyatları müştəriyə 1 bilet (lotereyada iştirak şansı) qazandırır. Taksit (ödəniş məbləğinin aylara faizsiz bölünməsi) və Ninja (əməliyyat məbləğinin aylara komissiya ilə bölünməsi) əməliyyatları zamanı kart sahibi hər 50 AZN üçün 10 bilet əldə edir.

 

Lotereya iştirakçılarına öz aktivliklərini rahat izləmək şansı da yaradılıb. Belə ki, müştərilər Birbank mobil tətbiqində “Bizdən sizə” bölməsində yerləşən “Lotereya” səhifəsinə keçid edərək əldə etdikləri biletlərin sayını görə bilərlər. Bundan başqa səhifədə hər ay yenilənən “Tapşırıqlar”ı tamamlamaqla əlavə bilet qazanmaq şansı da yaradılıb.

 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc


OXŞAR XƏBƏRLƏR

Konsertdə evli müdirini öpən qadın işini itirdi - FOTOLAR

“Astronomer” texnologiya şirkətinin HR direktoru Kristin Kabot “Coldplay” konsertində evli müdiri Endi Bayron ilə cinayət başında yaxala...

AKP-nin deputatı qətlə yetirildi

AKP-nin Balıkəsirdən olan millət vəkili Mehmet Anıl Yüksel qətlə yetirilib.   Sfera.az xəbər verir ki, deputat silahlı hücuma məruz qalıb.   ...

Polis adi diş pastasına görə yollardan birini bağladı - FOTOLAR

Amerikanın Aşeboro şəhərində polis bir sıra qəzaların baş verdiyi yollardan birini bağlayıb. Hüquq-mühafizə orqanlarının dediyinə görə, ehtimal olunan səbəb nam...

Sosial şəbəkədə varlı görünmək istəyi gənc oğlana baha başa gəldi

Londonun mərkəzində bərbəri milyarderlə səhv salıb qaçırıblar. Belə ki, quldurlar 21 yaşlı belçikalı bərbərin zəngin kriptovalyuta alverçisi olduğunu düşünərək ...

Goranboyda meşəyə ildırım düşdü, yanğın başladı

Goranboy rayonunda meşəlik əraziyə ildırım düşüb və daha sonra ərazidə yanğın başlayıb.   Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə yerinə F...

Bankların və BOKT-ların istehlak kreditləri üzrə orta faiz dərəcələri AÇIQLANDI

2025-ci il iyun ayının sonuna banklar tərəfindən kredit kartı vasitəsilə verilən istehlak kreditlərinin orta faiz dərəcəsi ötən ilin eyni dövü ilə müqayisədə 2 ...