Əhalinin pomidor istehlakı sürətlə ARTIR - RƏQƏMLƏR
Son illərdə Azərbaycan əhalisinin pomidor istehlakında sürətli artım qeydə alınıb. İstehlakın sürətlə artması ixraca daha çox məhsul göndərilməsinin də qarşısını alıb.
Sfera.az rəsmi statistik məlumatlara istinadən xəbər verir ki, Azərbaycan 2018-ci ildə 383 min tona yaxın pomidor istehlak edib. Bu göstərici 2020-ci ildə 506 min tona, 2022-ci ildə 610 min tona, 2023-cü ildə 627 min tona çatıb.
Son beş il ərzində pomidor istehlakında 244 min ton və ya 64 faizə yaxın artım qeydə alınıb. Pomidor istehlakının artmasına paralel olaraq istehsalda da artım baş verib. 2018-ci ildə istehsalın miqdarı 609 min ton olduğu halda, ötən il 846 min tona yüksəlib. İstehsalla istehlak arasında 219 min tondan çox müsbət fərq var. Bu qədər artıq məhsulun 141 min tonu ixraca yönəldilsə də təxminən 56 min tonu itkiyə gedib, qalanı isə qida məhsullarının istehsalı zamanı istifadə olunub.
Qeyd edək ki, son illərdə ixraca yönəldilən məhsulun miqdarında 30 mindən çox azalma var.
Vasif