Azərbaycan bu il Avropaya 8 milyard kubmetrdən çox qaz İXRAC ETDİ

Azərbaycan bu il Avropaya 8 milyard kubmetrdən çox qaz İXRAC ETDİ

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Avropaya 8,4 milyard kubmetr qaz ixrac olunub.

 

Sfera.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

 

Məlumata görə, bu aylar ərzində Türkiyəyə 6,5 milyard kubmetr, Gürcüstana isə 1,5 milyard kubmetr qaz ixrac olunub.

 

Bundan başqa, onun sözlərinə görə, bu dövr ərzində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə 3,7 milyard kubmetr qaz nəql edilib.

 

Bu ilin 8 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 3,1 % çoxdur.

 

Xatırladaq ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.

 

TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

 

Bolqarıstana “mavi yanacağın” nəqli TAP-a birləşdirilən Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) ilə həyata keçirilir. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb.

 

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.


OXŞAR XƏBƏRLƏR

"Uşaq nə vaxt olacaq?" tipli suallar, yoxsa... - Yeni evliliklərdə hamiləlik problemi niyə ARTIB? + AÇIQLAMA

  Son zamanlar yeni ailə quran insanlar uşaq problemi ilə üz-üzə qalırlar. Əsasən də bu problem yeni nəslin nümayəndələrində daha çox müşahidə olunur. B...

"Mançester Yunayted"in sabiq futbolçusu Yunanıstan klubuna keçə bilər

İngiltərənin "Mançester Yunayted" klubunun sabiq hücumçusu Antoni Marsyal karyerasını Yunanıstanda davam etdirə bilər.   Sfera.az xarici Kİ...

“Azərsun Holdinq” COP29-un Dayanıqlı İnkişaf Tərəfdaşıdır - FOTO

Ölkəmizdə fəaliyyətə başladığı gündən iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına töhfələr verən “Azərsun Holdinq”, həm də Azərbaycanda təşkil ed...

Trampa sui-qəsddə şübhəli bilinən şəxs Putin və Kim Çen Inı HƏDƏLƏDİ

ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsddə şübhəli bilinən şəxs Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen Inı öldürməklə hədələ...

Sadır Japarov: "Qloballaşma şəraitində iqlim dəyişikliyi məsələləri xüsusi diqqət tələb edir"

Mərkəzi Asiya regionu ən zəngin təbii ehtiyatlara, o cümlədən hidroresurslara, bütün növ metallara və böyük “yaşıl enerji” potensialına malikdir. ...

Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi

“2020-ci ildə İkinci Qarabağ Müharibəsi başa çatanda bizim bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, ...