Bakıda bal yarmarkası işə BAŞLADI

Bakıda bal yarmarkası işə BAŞLADI

Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə sentyabrın 9-29 tarixlərində arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkası keçirilir.

 

Sfera.az xəbər verir ki, yarmarka hər gün saat 09:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyət göstərəcək.

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən arıçıların iştirakı ilə yarmarkada satışa çıxarılan məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayıb.

 

Yarmarkada iştirak üçün hər bir arıçıya 2024-cü il iyulun 26-dək arıçılıq təsərrüfatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçərkən etdiyi bəyana uyğun olaraq minimum 40 arı ailəsinə malik olması tələbi qoyulub.

 

Hər arıçı yarmarkaya maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilib.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Britni Spirs oğullarına xalq qarşısında müraciət etdi - FOTO

Amerikalı müğənni Britni Spirs xalq qarşısında oğullarına müraciət edib.   Sfera.az bildirir ki, Britni Spirsin ​​övladları ilə münasibəti kifayət qədə...

Titanik gəmisini inşa edən gəmiqayırma şirkəti İFLAS ETDİ

Böyük Britaniyanın gəmiqayırma korporasiyalarından biri, 1912-ci ildə gəmiqayırma zavodunda Titanik kruiz layneri inşa edilən "Harland" və "Wolff...

Çay üzərində körpü tikən şəxs 2 il həbs cəzası aldı

Öz pulu ilə təcrid olunmuş bir kənd üçün körpü tikən çinli Huang Deyo (Huanq Deyi) cərimələnib və hətta həbs cəzası alıb. Sfera.az bildirir ki, Huang Dey...

Rusiya ordusu dünyada ikinci ən böyük ordu olacaq - İDDİA

Rusiya Silahlı Qüvvələri dünyanın ikinci ən böyük ordusuna çevriləcək.   Sfera.az xəbər verur ki, bu barədə “Global Firepower” portalı məlu...

Məşhur bloqqer əylənmək üçün girdiyi mağarada nəhəng ayı ilə qarşılaşdı - VİDEO

Serb bloqqer Stefan Yankoviç əylənmək üçün mağaraya girmək qərarına gəlib. Burada nəhəng ayı ilə qarşılaşan bloqqer özünü lentə alıb. Sfera.az bildirir ki,...

Şakira fanatına görə səhnəni tərk etdi

"LIV Miami”də səhnədə yeni sinqlı "Soltera" ifa edərkən özünəməxsus rəqs hərəkətlərini nümayiş Şakira pərəstişkarlarından birinin xoşagəlmə...